MSK sədri seçkilərdə xoşagəlməz halların baş verə biləcəyini istisna etməyib

“Novbəti seçkilərdə də, 10 il bundan sonra da keçiriləcək seçkilərdə də xoşagəlməz hallar baş verəcək”

Source:


“Novbəti seçkilərdə də, 10 il bundan sonra da keçiriləcək seçkilərdə də xoşagəlməz hallar baş verəcək”

Bundan sonra Mərkəzi Seçki Komissiyası fəaliyyətini daha da gücləndirməlidir. Trend-in məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov Komissiyanın bu gün keçirilən iclasında deyib.

O bildirib ki, bu gün seçkilərin keçirilməsində kifayət qədər nailiyyətlər əldə edilib: “Hesab edirəm ki, seçkilərə uğurla başlayırıq. Bütün şərait var. Ölkədə ictimai-siyasi sabitlik var, ictimaiyyət kifayət qədər maarifləndirilib, seçkilərin təşkilində peşəkar insanlar var”.

M.Pənahov seçkilər zamanı hansısa xoşagəlməz halların baş verə biləcəyini də istisna etməyib.

Onun sözlərinə görə, xoşagəlməz halların olmasından heç kim sığortalanmayıb: “Burada milyonlarala insan səs verir. Novbəti seçkilərdə də, 10 il bundan sonra da keçiriləcək seçkilərdə də xoşagəlməz hallar baş verəcək. Dünyanın bütün ölkələrində keçirilən seçkilərdə xoşagəlməz hallar baş verir və bundan sonra da baş verəcək. Ancaq buna konstruktiv yanaşma olmalıdır. Seçki komissiyaları üzvlərinin işi ondan ibarətdir ki, bu cür hallara vaxtında və adekvat reaksiya versin”.

M.Pənahov bildirib ki, seçkilərə aidiyyatı olan bütün qurumlar, o cümlədən yerli və beynəlxalq müşahidəçilər bu məsələdə öz töhfəsini verməlidir, hər kəs konstruktiv əməkdaşlıq etməlidir.

M.Pənahov həmçinin yerli və beynəlxalq müşahidəçilərə çağırış edib. O bidirib ki, Seçki Məcəlləsi tələb edir ki, müşahidəçi ancaq özü gördüyünü qeyd etməlidir: “Əgər müşahidəçi nəyisə başqasından eşidirsə, onu qeyd etməlidir ki, o bunu özü görməyib, eşidib. Eşidilib yazlan məsələ müşahidə deyil. Müşahidəçinin vəzifəsi yalnız öz müşahidə etdiyi məntəqə ilə bağlı məlumat verməkdir. Bütün tərəflər konstruktiv əməkdaşlıq etmək niyyətini ortaya qoymalıdır. Hamı çalışmalıdır, əlindən gələn işi görməlidir ki, seçkilərin nəticələri şübhə doğurmasın. Ola bilsin ki, mən beynəlxalq qurumlara bununla bağlı rəsmi məktub yazım”.

MSK sədri deyib ki, beynəlxalq qurumların hamısına Mərkəzi Seçki Komissiyasında otaq ayırmağa hazırdır: “İstərdik onların burada daimi nümayəndələri olsun. Beynəlxalq qurumların nümayəndələrinə bütün proseslərdə iştirak etmək üçün rəsmi dəvətlər göndəririk.

M.Pənahov bildirib ki, MSK bu standartlarla işləyir: “Biz həmişə beynəlxalq təşkilatları dəvət edərkən onlara hər cür şərait yaradacağımızı bildirmişik. Rəsmi nümayəndələrin seçki prosesində bütün proseslərdə iştirakına şərait yaradırıq. Media nümayəndələri də sənədlərin, imzaların yoxlanılması ilə bağlı proseslərdə iştirak edirlər. Beynəlxalq qurumların nümayəndələri də bildirsinlər ki, hansı səhvlər, pozuntular var. Yəni Mərkəzi Seçki Komissiyasının, yaxud Ekspert Qrupunun üzvləri, dəvət olunmuş ekspertlər hansı məsələlərə səthi baxırlar. Qoy beynəlxalq təşkilatların nümayəndələri bu barədə məlumat versinlər. Biz isə buna görə qərarımızı verək. Konstruktiv əməkdaşlıq budur. Təəssüf ki, onlar bu proseslərdə iştirak etmirlər. İştirak etmədiyin prosesdə nə baş verməsi barədə necə danışmaq, münasibət bildirmək olar?”.

M. Pənahovun sözlərinə görə, artıq 10 ildir ki, bu mövqedən çıxış edilir: “Mən bunu tək KİV qarşısında deməklə kifayətlənmirəm. Eyni zaimanda, MSK adından bütün beynəlxalq təşkilatlara rəsmi məktubla müraciətlər, dəvətlər göndərilir”.

Ana səhifəXəbərlərMSK sədri seçkilərdə xoşagəlməz halların baş verə biləcəyini istisna etməyib