“Orada aydın görmək olmur ki, qutuya neçə seçki bülleteni atılır”
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov sosial Meydan TV-in 15 saylı Yasamal I Seçki Dairəsinin 12 saylı məntəqəsindəki reportajıyla bağlı açıqlama verib.
“Report”un xəbərinə görə, M.Pənahov jurnalistlərə bildirib ki, hələ həmin məsələ ilə bağlı MSK-ya müraciət daxil olmayıb: “Mən özüm həmin görüntülərə baxmışam. Orada aydın görmək olmur ki, qutuya neçə seçki bülleteni atılır. Təbii ki, biz bunu araşdıracağıq, qayda pozuntusu olub-olmaması barədə ictimaiyyətə məlumat verəcəyik. Əgər qanun pozuntusu olarsa, bunu edənlər cəzalandırılacaq”.
M.Pənahov əlavə edib ki, bu gün MSK-ya qayda pozuntusunun olması ilə bağlı müraciət daxil olmayıb: “Daxil olan müraciətlər əsasən sorğu xarakterlidir”.