MSK: Seçkilərdə 74,51 faiz vətəndaş iştirak edib (yenilənir)

MSK ilk məlumatları açıqlayıb

Source:
MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov
MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov


MSK ilk məlumatları açıqlayıb

***


20.49.


MSK: Seçkilərdə 74,51 faiz vətəndaş iştirak edib


Səsvermə hüququndan 3 milyon 959 min 553 nəfər istifadə edib


MSK seçkilərdə iştirak edənlərin yekun nəticəsini elan edib.


MSK Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov deyib ki, saat 19.00-da səsvermə başa çatıb və 5 milyon 314 min 365 seçicidən 3 milyon 959 min 553 nəfəri səs verib ki, bu da seçicilərin 74,51 faizi deməkdir.


*

**


17.31.


Saat 17:00-dək 3 milyon 716 min 135 nəfər seçicinin səs verdiyi bildirilib. MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucovun sözlərinə görə, bu seçicilərin 69.93 faizi deməkdir.


***


16.15.


Prezident seçkilərində saat 15:00-dək olan seçici fəallığı

açıqlanıb

. MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov qeyd edib ki, saat 15:00-a qədər 3 milyon 227 min 817 nəfər səs verib. Onun sözlərinə görə, seçkidə 60,74 faiz seçici iştirak edib.

***



12.55.

MSK seçici fəallığının 40 faizə çatdığını bəyan edib


“Saat 12:00-a 2 milyondan çox seçici səs verib”


Növbədənkənar prezident seçkilərində saat 12:00-dək olan seçici fəallığı barədə məlumat verilib.


MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 12:00-a qədər 2 milyon 93 min 343 nəfər səs verib ki, bu da ümumi seçicilərin 39,39 faizi deməkdir.

***

Mərkəzi Seçki Komissiyası saat 10:00-a olan seçici fəallığı barədə məlumat yayıb.

MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 10:00-a qədər 994 min 196 nəfər səs verib ki, bu da seçicilərin 18,71 faizi edir.

Seçicilərin ümumi sayı 5 milyon 314 min 365 nəfər təşkil edir.

Səsvermə yerli vaxtla saat 08:00-da başlayıb və 19:00-da bitəcək.

Ana səhifəXəbərlərMSK: Seçkilərdə 74,51 faiz vətəndaş iştirak edib (yenilənir)