APA-nın məlumatına görə, MSK-nın İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, saat 17:00-a qədər olan məlumata görə, respublika üzrə 2 milyon 605 min 948 seçici səs verib. Bu, 50,1 faiz seçici fəallığı deməkdir.
Ölkə üzrə ümumi seçicilərin sayı 5 milyon 198 min 658 nəfərdir.