MSK Pənah Hüseynin şikayətinə baxıb

Deputatlığa namizədin şikayəti qismən təmin olunub

Source:

Deputatlığa namizədin şikayəti qismən təmin olunub

Noyabrın 11-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. Toplantıda 63 saylı Sabirabad 1-ci Seçki Dairəsəndən deputatlığa namizədliyini vermiş Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin şikayətinə baxıb.

Pənah Hüseynin şikayətinə görə, 63 saylı Seçki Dairəsinin nəticələri ləğv edilməli, seçki bülletenləri yenidən sayılmalıdır.

MSK üzvü Bəxşeyiş Əsgərov deyib ki, Ekspert Qrupunun araşdırmasına P.Hüseynin dəvət olunduğunu bildirib.

B.Əsgərov deyib ki, Ekspert Qrupunun araşdırması nəticəsində P.Hüseynin iddialarının əsassız olduğu məlum olub: “Sübut olunub ki, səsvermədə iştirak edən seçicilərin sayı ilə protokoldakı seçiclərin sayı eyni olub. Bundan əlavə, müşahidəçi kimi qeydə alınan şəxslərin səsverməni izləməsi üçün şərait yaradılıb”.

Araşdırma zamanı dairənin 13 saylı məntəqə seçki komissiyasında səslərin sayılması zamanı pozuntu aşkarlanıb. Həmin məntəqənin nəticəsi etibarsız sayılıb. Beləliklə, MSK P.Hüseyninin şikayətini qismən təmin edib.

Səsvermənin nəticələrinə əsasən, 63 saylı Sabirabad Birinci Seçki Dairəsindən hakim Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizəd Elçin Quliyev lider namizəd elan olunub. (Report.az)

Ana səhifəXəbərlərMSK Pənah Hüseynin şikayətinə baxıb