MSK parlament seçkilərinin nəticələrini ləğv edib

Qanuna görə, komissiya heyəti Joqorku Keneşi orda təqdim olunmuş fraksiyaların kvotalarına əsasən formalaşdırır.

Source: Specify Source


Vətəndaşların seçkilərin nəticəsinə etirazı mitinqlə yekunlaşıb

Mərkəzi Seçki Komissiyasının üzvü Gülnarə Curabayeva bəyan edib ki, MSK oktyabrın 4-də Joqorku Keneşə keçirilmiş seçkilərin nəticələrinin etibarsız sayılması haqda qərar qəbul edib.

Curabayevanın məlumatına görə, MSK-da parlamentin özünü buraxması haqda məsələ müzakirə olunub, lakin əvvəlcə “yekun nəticələri müəyyənləşdirmək, daha sonra qərar qəbul etmək” qərara alınıb.

“Mən hesab edirəm ki, məlum seçki kampaniyası ilə özümüzü bədnam etmişik, odur ki, bu halda ən düzgün qərar səlahiyyətlərə vaxtından əvvəl xitam verilməsi olacaq”, – Gülnarə Curabayeva bəyan edib.

Qanuna görə, komissiya heyəti Joqorku Keneşi orda təqdim olunmuş fraksiyaların kvotalarına əsasən formalaşdırır.

Qırğızıstandakı seçkilərdə hakimyönlü partiya “Birimdik” və Matraimovlar klanının partiyası zəfər çalıb.

Lakin vətəndaşların səsvermənin nəticələrinə olan narazılığı oktyabrın 5-də mitinqlə nəticələnib. Mitinq iştirakçıları seçkilərin nəticələrinin ləğv olunmasını və Joqorku Keneşə təkrar seçkilərin keçirilməsini tələb edib. Aksiya tədricən milis və OMON-la toqquşmaya keçib. Buna baxmayaraq, mitinq iştirakçıları parlamentin binasını tutmağa müvəffəq olub. Ölkə prezidentinin ofisi də bu binada yerləşir.

Oktyabrın 6-da Prezident Sooronbay Jeenbekov MSK-na seçkilərin nəticələrinə yenidən baxmağı və pozuntular sübut olunduğu halda ləğv edilməsini tapşırdığını xəbər verib.

Mitinq iştirakçıları sabiq Prezident Almazbek Atambayevi, sabiq Baş nazir Sapar İsakovu, sabiq deputat Sadır Japarovu, Bişkekin sabiq meri Albek İbraimovu azad edib.

Hökumət və parlament istefa verməyib, lakin mitinq iştirakçıları bütün ölkə boyu dövlət orqanları məmurlarını vəzifələrindən azad edirlər.

Ana səhifəDünyaMSK parlament seçkilərinin nəticələrini ləğv edib