Şahin Seyidzadənin müraciətinə baxılıb
Mərkəzi Seçki Komissiyası (MSK) martın 17-də Şahin Seyidzadənin deputat səlahiyyətlərinə xitam verib.
Bir neçə gün əvvəl Şahin Seyidzadə deputat mandatından imtina etməsi ilə bağlı MSK-ya müraciət edib.
Səbəb martın 3-də onun “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilməsidir.
Konstitusiyanın 89-cu maddəsinin I hissəsinin 4-cü bəndinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda mandatından məhrum edilir.
Seçki Məcəlləsinin 176.2-ci maddəsinə əsasən, MSK-ya ərizə (rəsmi məlumat) daxil olduqda, MSK ərizədə (rəsmi məlumatda) göstərilən faktları 2 aydan gec olmayan müddətdə araşdırır, qərar qəbul edir.