MSK: 800-dən çox şəxs deputatlığa namizədliyini verib

Mərkəzi Seçki Komissiyası (MSK). Foto: Azərtac

532 şəxsin namizədliyinin irəli sürülməsi artıq təsdiq edilib

800-dən çox şəxs deputat olmaq üçün namizədliyini verib.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov belə açıqlama verib.

Bildirib ki, sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə deputatlığa namizəd olmaq üçün 806 nəfər dairə seçki komissiyalarına müraciət edib.

Məzahir Pənahov əlavə edib ki, 532 şəxsin namizədliyinin irəli sürülməsi artıq təsdiq edilib.
Yerdə qalan 451 namizəd qeydiyyat üçün tələb olunan 450 seçici imzasını yığmaq üçün imza vərəqələrini alıb.

“31 namizəd imza vərəqələrini qaytarıb, 4 namizəd artıq qeydiyyatdan keçib”.

Neçə siyasi partiyanın seçkidə iştirak edəcəyinə gəlincə, MSK sədri bildirib ki, qeydiyyatdan 25 siyasi partiyanın 585 səlahiyyətli nümayəndəsi keçib.

Bu il iyunun 21-də Azərbaycan parlamenti özünün buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı ölkə başçısı İlham Əliyevə müraciət edib.
İyunun 28-də İlham Əliyev Milli Məclisin buraxılması və sentyabrın 1-də erkən seçki keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

Siyasi partiyalardan AXCP Parlament seçkilərini boykot edib, Yeni Azərbaycan, Müsavat, Demokrat, Klassik Xalq Cəbhəsi, Ümid, REAL, AĞ və digər partiyalar isə iştirak edəcəklərini açıqlayıblar.

Ana səhifəSiyasətMSK: 800-dən çox şəxs deputatlığa namizədliyini verib