Mqer Qriqoryan: Ermənistan üçtərəfli komissiyada iştirakını dayandırır

Zəngəzur dəhlizi mövzusuna toxunan Mqer Qriqoryan deyib ki, Yerevan Azərbaycan prezidentinin bu termindən istifadə etməsinə həddindən artıq qəzəblənib.

Source: Armenpress


“Ermənistan tərəfi dəhliz məsələlərini müzakirə etməyib, etməyəcək də"

Ermənistan regionda kommunikasiyaların bərpa edilməsi üzrə üçtərəfli komissiyanın (Azərbaycan-Ermənistan-Rusiya) işində iştirakını dayandırır.

Bu barədə Yerevanda Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan jurnalistlərə bildirib.

O, bu qərarı erməni əsirlər probleminin həll edilməməsi və Azərbaycanın “təcavüzü” ilə izah edib.

“Sərhəddə hazırki vəziyyətdə bu platformada konstruktiv işin mümkün olduğunu düşünmürəm. Buna görə əlaqələr kəsilib”, – deyən Baş nazir müavini əlaqələrin “Azərbaycan silahlı qüvvələrinin Ermənistan ərazisinə daxil olmasından sonra” kəsildiyini qeyd edib.

Zəngəzur dəhlizi mövzusuna toxunan Mqer Qriqoryan deyib ki, Yerevan Azərbaycan prezidentinin bu termindən istifadə etməsinə həddindən artıq qəzəblənib.

“Ermənistan tərəfi dəhliz məsələlərini müzakirə etməyib, etməyəcək də. Dəhliz dedikdə bəziləri nəqliyyat marşrutlarını nəzərdə tuturlarsa, bu, ayrı məsələdir, amma bu sözün altında suverenliklə bağlı hər hansı başqa hallar nəzərdə tutulursa, bu cür müzakirələr istisna edilir”, – deyə o bildirib.

Yanvarın 11-də Rusiya, Azərbaycan və Ermənistan liderləri kommunikasiyaların, xüsusən də Naxçıvanla avtomobil və dəmir yolu əlaqəsinin açılması məsələlərini həll edəcək üçtərəfli komissiya yaradılmasını nəzərdə tutan sənəd imzalayıblar (Turan İA).

Ana səhifəDünyaMqer Qriqoryan: Ermənistan üçtərəfli komissiyada iştirakını dayandırır