Vəkil bəyanat yaydı
Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədovun vəkili Yalçın İmanov bəyanat yayıb.
“2011-ci ildə saxta ittihamlarla həbs edilib, sonradan məhkəmənin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədova münasibətdə sistemli qanunsuzluqlar davam edir. 26 noyabr 2016-cı ildə Qobustan həbsxanasından 12 saylı cəzaçəkmə müəssisəsinə köçürüləndən bugünədək Səmədov 4 dəfə cərimə təcridxanasına salınıb, ona 2 dəfə töhmət, 1 dəfə xəbərdarlıq elan edilib, 1 dəfə isə 2 ay müddətinə kamera tipli otağa salınıb. Həmin inzibati tənbeh tədbirlərinin nə qədər absurd və əsassız olduğunu sübut etmək üçün çox da dəlil axtarmağa ehtiyac yoxdur. Bununla bağlı qəbul edilmiş qərarlardan çıxarışlara nəzər salmaq kifayət edir”- vəkil yazıb.
Bəyanatda daha sonra verilmiş cəzaların sayı qeyd olunur:
1.
26.11.2016. 15 gün cərimə təxridxanası (karser). “…müəssisəyə qəbul olunması ilə bağlı ona (məhkuma) hüquq və vəzifələri izah olunarkən baş geyimini çıxarmaqdan, özünü məhkum kimi təqdim etməkdən imtina etməyə cəhd edərək özünü intizamsız aparmış, irad tutulduqda, hədə-qorxu gələrək əməkdaşlara qarşı kobudluq etdiyi üçün 15 gün cərimə təcridxanasına keçirilmişdir”.
2.
20.12.2016-cı il. 7 gün cərimə təcridxanası (karser). Qərarda yazılır: “Saxlandığı karantin briqadasında aparılan səliqə-səhman və təmizlik işlərində iştirak etməkdən qəti olaraq imtina etdiyi üçün 07 gün cərimə təcridxanasına keçirilmişdir”.
3.
24.12.2016-cı il. Töhmət. Qərardan: “Səhər yoxlaması zamanı ona verilən yataq dəstini yerə atdığı aşkar olunmuş, izahedici söhbətlər aparılmasına baxmayaraq, əməkdaşlara qarşı kobudluq etdiyi üçün töhmət elan edilmişdir”.
4.
28.12.2016-cı il. Töhmət. “Saat 12:00 radələrində kamerada yataq dəstini yerə atdığı aşkar olunduğu və saat 13:30 radələrində digər kamerada saxlanılan məhkumlarla danışıq əlaqəsi yaratmağa cəhd göstərdiyi üçün töhmət elan edilmişdir”.
5.
29.12.2016-cı il. Xəbərdarlıq. Qərardan: “Saat 10:00 radələrində müəssisənin abadlıq işlərində iştirak etməkdən imtina etmiş, səs-küy salaraq digər məhkumların nəzər diqqətini özünə cəlb etdiyi üçün xəbərdarlıq elan edilmişdir”.