Mövsüm Səmədov Qobustana göndərildi

İslam Partiyasının sədri prosesdə qərarın sifarişli və əsassız olduğunu bildirib

Source:


İslam Partiyasının sədri prosesdə qərarın sifarişli və əsassız olduğunu bildirib

Oktyabrın 9-da Qaradağ Rayon Məhkəməsi 12 saylı Cəzaçəkmə Müəssisəsi rəisinin Azərbaycan İslam Partiyasının həbsdə olan sədri Mövsüm Səmədovla bağlı təqdimatına baxıb. Proses müəssisədə keçirilib. Təqdimatda Mövsüm Səmədovun qapalı rejimdə saxlanmaq üçün Qobustan həbsxanasına köçürülməsi xahiş olunub.

Vəkil Anar Qasımlı “Media forum” saytına bildirib ki, hakim Mövsüm Səmədovun 2 il müddətinə həbsxana rejiminə keçirilməsi qərarı çıxarıb.

“Qərardan apellyasiya şikayəti verəcəyik. Mövsüm Səmədov prosesdə çıxış edib dedi ki, qərar sifarişlidir və əsassızdır”-deyə vəkil bildirib.

Mövsüm Səmədov 2011-ci ilin yanvarından həbsdədir. O, hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa ağır cinayətlərdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub.

2014-cü il sentyabrın 18-də Mövsüm Səmədov 11 saylı Cəzaçəkmə Müəssisəsindən 12 saylı müəssisəyə köçürülüb. Həmin gün ona 5, daha sonra 7 sutkalıq karser cəzası verilib.

Ana səhifəXəbərlərMövsüm Səmədov Qobustana göndərildi