Mövlud Çavuşoğlu Bakıya gəlir

Bu, xarici işlər nazirinin yeni hökumət tərkibində ilk xarici səfəridir.

Source:

Bu, xarici işlər nazirinin yeni hökumət tərkibində ilk xarici səfəridir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana gəlir.

Türkiyənin Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfər bu gün axşam başlayacaq və sabah davam edəcək.

Səfər zamanı nazir prezident İlham Əliyev, baş nazir Artur Rasizadə, Milli Məclisin spikeri Oqtay Əsədov və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək, əməkdaşlıq məsələləri müzakirə olunacaq.

O həmçinin Fəxri xiyaban və Şəhidlər xiyabanını da ziyarət edəcək.

Bu, Mövlüd Çavuşoğlunun yeni hökumət tərkibində ilk xarici səfəridir.

Ana səhifəXəbərlərMövlud Çavuşoğlu Bakıya gəlir