“Mövcud hakimiyyət üçün silah və hərbi texnika daha çox əzizdir, nəinki insan faktoru”

Cəsur Sümərinli: “Hər il xeyli sayda hərbçimiz yetərli tibbi yardım olmaması səbəbindən dunyasını dəyişir”

Source:

Cəsur Sümərinli: “Hər il xeyli sayda hərbçimiz yetərli tibbi yardım olmaması səbəbindən dunyasını dəyişir”

Meydan TV aprelin 10-da qaraciyər xərçəngindən əziyyət çəkən hərbçi Süleyman Bağırovun vəziyyətini işıqlandırıb

(V


ideo

).

Ordudan təxris olunmayan hərbçinin vəziyyəti ilə bağlı Meydan TV-nin Müdafiə Nazirliyinə ünvanladığı sorğu hələ cavablandırılmayıb.

“Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Sümərinli isə öz Facebook səhifəsində vəziyyətlə bağlı açıqlama yayıb: “Xəbərdə bildirilir ki, Müdafiə Nazirliyi xəstə hərbçini hələ də tərxis etməyib. Ona bildiriblər ki, mayda tərxis olunacaq və müavinət də o zaman veriləcək. Bununla da Müdafiə Nazirliyi bir növ xəstə hərbçini və ümumilikdə cəmiyyəti aldadır. Birincisi, həmin müavinət o qədər də böyük müavinət olmayacaq, maksimum 2-3 min manat olacaq. İkincisi, Müdafiə Nazirliyinin borcudir ki, hərbçinin sağalmasi üçün lazim olan bütün xərcləri sona qədər qarşılasın. Çunki hərbçilər hərbi xidmətə daxil olanda həyat sığortası alırlar. Beləliklə, indi hərbçi xəstə ola-ola ona yardım etmək əvəzinə nağıl danışırlar. Nə kömək edirlər, nə də.. Bir sözlə, biabirçılıq”.

Cəsur Sümərinlinin fikrincə, bu hadisə göstərir ki, Azərbaycan Silahlı Qüvvələrində hərbçinin şəxsiyyət kimi heç bir hörməti yoxdu: “Ona ayrılıqda hər hansı dövlət qayğısı yoxdu. Bu xəbər onu göstərir ki, mövcud hakimiyyət üçün silah və hərbi texnika daha çox əzizdir, nəinki insan faktoru. Qeyd edilən xəstə hərbçi ilə bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətində məlumatın olmaması və yaxud suallara cavab vermək istəməmələri onu göstərir ki, Müdafiə Nazirliyinin mövcud rəhbərliyi üçün adi bir hərbçinin, əsgərin həyatı o qədər də maraqlı deyil. Əksinə olsaydi, Müdafiə Nazirliyi bu hadisənin mətbuata cixmamış həllinə çalışardı”.

Ekspert deyir ki, bu hadisə Azərbaycan Silahlı Qüvvələrinin tibbi təminatında ciddi problemlərin olduğunu göstərir: “Müdafiə Nazirliyinin Tibb İdarəsinin fəaliyyəti cəmiyyətin qınaq obyektində olmalıdır. Hər il xeyli sayda hərbçimiz yetərli tibbi yardım olmaması səbəbindən dunyasını dəyişir.

Beləliklə, hərbçimizin – Suleyman Bağırovun xilasi məsələsi cəmiyyətin diqqətində olmalı, Müdafiə Nazirliyinin rəhbərliyinə ciddi təpki göstərilməlidir. Biz hərbçi ölümlərinin artmasında maraqlı deyilik. Kimin maraqlı olduğu göz qabağındadir”.

Ana səhifəXəbərlər“Mövcud hakimiyyət üçün silah və hərbi texnika daha çox əzizdir, nəinki insan faktoru”