Moskvanın vasitəçiliyi ilə imzalanan müqavilə Ermənistanda hiddətə səbəb olub

Etirazçı kütlə mübahisəli ərazi uğrunda şiddətli toqquşmalardan sonra geri çəkilmək üçün Azərbaycanla müqavilə imzalanmasının xəyanət olduğunu iddia edir

Foto: Reuters


Etirazçı kütlə mübahisəli ərazi uğrunda şiddətli toqquşmalardan sonra geri çəkilmək üçün Azərbaycanla müqavilə imzalanmasının xəyanət olduğunu iddia edir

Müəllif: “Guadian” (“Reuters” və “Associated Press” də bu məqaləyə kömək edib).

Foto 1: Şənbə günü Azərbaycan qoşunları ərazini işğal edən zaman insanlar Dağlıq Qarabağdan Ermənistana qaçırlar. Müəllif: AP

Foto 2: Ermənistanın Baş naziri Nikol Paşinyan hərbi əməliyyatların dayandırılması üçün Azərbaycanla “ağrılı” bir müqavilə imzalayıb. Müəllif: AFP / Getty Images

Moskva Azərbaycanda bayrama və Ermənistanda etirazçıların qısa müddətə hökumət binalarını ələ keçirdiyi etirazlara səbəb olan bir sülh müqaviləsi bağlanmasına vasitəçilik etdikdən sonra rus sülhməramlıları Dağlıq Qarabağa gedib.

Bazar ertəsi günü elan edilən bəyannamədə Azərbaycanın Ermənistan hökumətindən əhəmiyyət kəsb edən ərazilər alacağı, mübahisəli bölgədə təxminən 2000 rus sülhməramlı qüvvəsinin yerləşdirilməsi tələb olunur.

Atəşkəs Azərbaycanın Ermənistanın nəzarətində olan Dağlıq Qarabağı və ətraf əraziləri yenidən qaytarmaq üçün ən böyük hücuma başladığı altı həftəlik müharibəyə son qoya bilər. Sentyabr ayının sonlarında döyüş əməliyyatları başladığından bəri minlərlə insan həlak olub və 100 mindən çox insan evlərindən didərgin düşüb. Bu, 1990-cı illərin əvvəllərindən bəri baş verən ən şiddətli döyüşlərdir.

Müqavilə xəbəri Ermənistan paytaxtında siyasi bir dalğalanmaya səbəb oldu. Ermənistanın Baş naziri Nikol Paşinyan çərşənbə axşamı səhər saatlarında “ağrılı” müqavilə imzalandığını elan etdikdən qısa müddət sonra yüzlərlə insan küçələrə axın edərək hökumət binalarına hücum edib.

Paşinyanın rəsmi iqamətgahının dəhlizində pəncərələr və şüşələr sındırılıb. Etirazçılar kabinetinin qapısından onun adının yazıldığı lövhəni qopardıb, digərləri isə “Nikol bizə xəyanət etdi” deyə qışqırıblar.

Polis aralarında hərbi forma geyinmiş ordu veteranları da olan nümayişçilərin bəzəkli, taxta panelli ofislərə dolaraq qışqırıqla şiddətli çıxışlar etməsini izləyib.

Kürsüdə dava-dalaş baş verdikdən və əşyalar atıldıqdan sonra etirazçı kütlə Ermənistan parlamentinə soxulub. Parlament sədri Ararat Mirzoyan zorakılığa məruz qalıb və qəzəbli bir dəstə tərəfindən huşunu itirənədək döyülüb.

Paşinyan və “Dağlıq Qarabağ” administrasiyasının yüksək rütbəli rəsmiləri barışıq istəməyə məcbur edildiklərini bildirib. Azərbaycan qoşunları ərazidə strateji baxımdan əhəmiyyətli bir yerdə yerləşən Şuşa şəhərini ələ keçirərək bölgənin ən böyük şəhəri Stepanakertə (Xankəndinə) çatıb.

Dağlıq Qarabağ hökumətinin lideri Arayik Harutyunyan çərşənbə axşamı günü Paşinyanla müzakirədən sonra sülh şərtlərini qəbul etdiyini qeyd edib.

“Döyüşlər davam etsəydi, bir neçə gün ərzində bütün Artsaxı (Qarabağı) itirmiş olacaqdıq və daha çox itki verəcəkdik”,- deyə o əlavə edib.

Ermənistandakı müxalifət partiyaları hökuməti müqaviləni ləğv etməyə səsləyib. Ölkənin prezidenti Armen Sarkisyan danışıqları mediadan öyrəndiyini söyləyərək və böhrandan çıxış yolu tapmaq üçün “siyasi məsləhətləşmələr aparmağa” çağıraraq özünü müqavilədən kənar tutub.

Müqavilə Ermənistan silahlı qüvvələrindən Şərqi Ağdam bölgəsi də daxil olmaqla, Dağlıq Qarabağ xaricindəki bəzi ərazilər üzərində nəzarəti təhvil verməsini tələb edir. Bu ərazi Azərbaycan üçün böyük rəmzi önəm daşıyır, çünki onun Ağdam adlandırılan əsas şəhəri tamamilə talan edilib və bütöv qalan yeganə bina şəhər məscididir.

Dağlıq Qarabağdan Ermənistana gedən əsas magistral yolun keçdiyi Laçın bölgəsini də ermənilər təhvil verəcəklər. Müqavilədə Laçın dəhlizi deyilən yolun açıq qalması və 1960 rus sülhməramlıları tərəfindən qorunmasını tələb edilir. Xankəndi Ermənistan hökumətinin nəzarəti altında qalacaq.

Screenshot 2020-11-10 at 20.23.25.png
Şənbə günü Azərbaycan qoşunları ərazini işğal edən zaman insanlar Dağlıq Qarabağdan Ermənistana qaçırlar.

“Çərşənbə axşamı gecə saatlarında elan edilən müqavilə, bir əsrdən artıqdır davam edən münaqişənin müasir tarixində tamamilə əlamətdardır”,- deyə “Conciliation Resources” (Uzlaşma Resursları) sülhyaratma təşkilatının Qafqaz üzrə proqram direktoru Laurence Broers qeyd edib.

1990-cı illərdə Ermənistanla müharibədə itirdiyi ərazini bərpa etməklə yanaşı Azərbaycan son iyirmi ildə sülh danışıqlarının xüsusiyyəti olan Dağlıq Qarabağın gələcəyi ilə bağlı referendum məsələlərini də gündəmdən çıxarıb.

Çərşənbə axşamı yayımlanan görüntülərdə 15-ci Motorlu Tüfəng (Sülhməramlı) Briqadasının Rusiyada hərbi təyyarələrə minmələri və daha sonra Ermənistanın Gorus şəhərindən keçərək hərbi maşınlarla Dağlıq Qarabağa getməsi göstərilir. Müqaviləyə əsasən, onların Laçın dəhlizində beş il müddətinə yerləşmələri nəzərdə tutulur ki, bu da bölgədə Rusiyanın sülhməramlı kimi yaxın gələcəkdə rolunu müəyyənləşdirir.

Paşinyan “mənim üçün və xalqımız üçün inanılmaz dərəcədə ağrılı” deyə təsvir etdiyi atəşkəsin şərtləri haqqında internetdə yayımladığı paylaşımda “Mən şəxsən özüm və hamımız üçün çox çətin bir qərar verdim”,- deyə əlavə edib.

Müqavilədə eyni zamanda, Ermənistandan keçərək Azərbaycanı İran və Türkiyə ilə əhatə edən Naxçıvanın Qərb ərazisi ilə birləşdirən nəqliyyat yolunun qurulması da tələb edilir.

Müqavilə, yerli etnik erməni rəsmilərinin nəzarətində qalacaq Dağlıq Qarabağ, o cümlədən bölgənin əsas şəhəri Xankəndiyə dair bir qeyri-müəyyənlik buludu yaradır, çünki buradan Ermənistana gedən əsas yola Azərbaycan və Rusiya sülhməramlıları nəzarət edəcək.

Broers qeyd edib ki, bu, qəribə, çox təhlükəsizləşdirilən bir ərazi ola bilər:

“Bəlkə də hesablamalara görə o qədər dəhşətli bir yaşayış yeri olacaq ki, Ermənistan əhalisinin əksəriyyəti (əksəriyyəti artıq tərk edib) geri dönməyəcək”.

Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanla müdafiə paktı olan və orada hərbi bazası olan Rusiya Prezidenti Vladimir Putinlə televiziyada yayımlanan onlayn görüşü zamanı xəbəri təsdiqləyib. Türkiyə öz müttəfiqi Azərbaycanı dəstəkləyir.

“İmzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır”,- deyə Əliyev qeyd edib.

Əliyev müqavilə çərçivəsində Türkiyə sülhməramlılarının da yerləşdiriləcəyini iddia edib, lakin detallar açıqlanmayıb.

Putin çərşənbə axşamı verdiyi açıqlamada müqavilənin “Dağlıq Qarabağ böhranının uzunmüddətli və genişmiqyaslı həlli üçün lazımi şərait yaradacağına” ümid bəslədiyini deyib.

Paşinyan 2018-ci ildə qan tökülmədən həyata keçirilən demokratik inqilab nəticəsində hakimiyyətə gəlib və ərazilərin itirilməsinin avtoritar qüvvələrin yenidən hakimiyyəti ələ keçirməsi üçün fürsət yaradacağına dair qorxu var.

Bundan əvvəl Azərbaycan Ermənistan üzərindən keçən Rusiya hərbi helikopterinin Azərbaycan qüvvələri tərəfindən vurulduğunu bildirib. Hadisə Dağlıq Qarabağdan təqribən 45 mil (70 km) məsafədə baş verib, lakin Azərbaycan müharibəyə səbəb olan faktorlardan biri olduğunu bildirib.

Görünür Rusiya dostluq münasibətləri saxladığı iki keçmiş sovet respublikası arasındakı mübarizədə tərəf tutmamaq üçün həftələrdir müharibəyə müdaxilə etməkdən qaçır. Müharibə Türkiyənin Azərbaycana dəstək verməsi ilə mürəkkəbləşib, belə ki, münaqişə Moskva və Ankara arasındakı regional hökmranlıq üçün daha geniş mübarizənin bir hissəsi kimi mövqeləndirilib.

Moskva hərbi əməliyyatlar beynəlxalq aləmdə Azərbaycan ərazisi kimi tanınan, lakin 1994-cü ildən bəri Ermənistan rəhbərliyi tərəfindən idarə olunan Dağlıq Qarabağın hüdudlarından kənara çıxarsa, Ermənistanla olan hərbi pakta əsasən Ermənistanı müdafiə etmə öhdəliyini yerinə yetirəcəyini söyləyib.

27 sentyabrda Dağlıq Qarabağ uğrunda döyüşlər başlayıb. 1994-cü ildən bəri bölgə Ermənistanın dəstəklədiyi etnik erməni qüvvələrinin nəzarəti altındadır.

Azərbaycan 1991-94-cü illərdə 30.000 insanın ölümü ilə nəticələnən və bir çoxunun evlərini tərk etmək məcburiyyətində qaldığı ərazilər uğrunda baş verən müharibədə itirdiyi Dağlıq Qarabağ və ətrafındakı ərazilərin böyük bir hissəsini geri aldığını bildirib. Ermənistan isə Azərbaycanın aldığı ərazilərin miqyasını inkar edir.


Xatırlatma

Niyə Ermənistan və Azərbaycan Dağlıq Qarabağ uğrunda müharibə edir?

27 sentyabr, bazar günü səhər erkən saatlarda Ermənistanda hərbi vəziyyət elan olundu, ordusu səfərbər edildi və mülki şəxslərin sığınacaqlara girməsi əmri verildi. Ermənistan qonşusu Azərbaycanın Dağlıq Qarabağ adlı seperatçı bölgədə hərbi əməliyyat başlatdığını iddia etdi. Azərbaycan isə yalnız Ermənistanın atəşə tutmasına cavab olaraq hücum etdiyini bildirdi.

Dağlıq Qarabağ beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınır, lakin burada bir əsrdən artıq müddətdir ki, Azərbaycan hakimiyyətinə müqavimət göstərən ermənilər yaşayır. 1991-ci ildə təxminən 150.000 əhalisi olan bölgə müstəqilliyini elan etdi və o vaxtdan bəri – Ermənistanın dəstəyi ilə tanınmamış Artsax (Qarabağ) Respublikası olaraq idarə edilir.

Azərbaycanın sərhədləri daxilində yerləşən, dənizə çıxışı olmayan dağlıq bölgə olan Dağlıq Qarabağ Sovet İttifaqı yaranmazdan əvvəl də mübahisələrə səbəb olmuşdu. Həm Ermənistan, həm də Azərbaycan Sovet dövləti olduqda gərginlik ortadan qaldırıldı, lakin soyuq müharibə bitdikdən və Kommunist Partiyasının blok üzərində nəzarəti sona çatdıqdan sonra yenidən meydana çıxdı.

Ermənistan və Azərbaycan qoşunları arasındakı müharibə 1994-cü ildə Ermənistan Azərbaycanda məxsus Dağlıq Qarabağa və digər ərazilərə tam nəzarəti ələ keçirdikdən sonra atəşkəslə sona çatdı. Azərbaycanda müsəlmanlar, Ermənistanda isə xristianlar əksəriyyətdədir və hər iki tərəfdəki bəzi ünsürlər münaqişənin dini baxımdan baş verdiyini deyir.

Ana səhifəXəbərlərMoskvanın vasitəçiliyi ilə imzalanan müqavilə Ermənistanda hiddətə səbəb olub