Moskvada ticarət mərkəzində yanğın: ölən var

Mənbə: FHN

“Meqa Ximki” paytaxtın ən böyük ticarət mərkəzi sayılır

Moskvada “Meqa Ximki” ticarət mərkəzində baş verən yanğın nəticəsində bir nəfərin öldüyü bildirilir.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.

Nazirlik yanğının səhər saat 6-da ticarət mərkəzindəki OBI mağazasından başladığını qeyd edib:

“150 metr sahədə dam örtüyü yanıb. Səhər saat 8:25-də sahəsi 18 min kvadratmetrə çatan yanğın 7 min kvadratmetr ərazidə lokallaşdırılıb. Yanğının söndürülməsində çətinlik yaradan binanın strukturu və tez yanan yüklərin çoxluğudur”.

Qəzanın əsas səbəbləri kimi avadanlıqların nasazlığı və iş zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması göstərilib:

“Ancaq yanğınla bağlı ilkin versiya təsdiqini tapmayıb. Yanğına səbəb binanın genişləndirilməsi hissəsində qaynaq işləri zamanı qayda pozuntusu olub. İşçilər yanğını söndürə bilməyib binanı tərk ediblər”.

“Meqa Ximki”nin Moskavada ən böyük ticarət mərkəzlərindən olduğu bildirilir.

Ana səhifəDünyaMoskvada ticarət mərkəzində yanğın: ölən var