Moskvada paradın hava hissəsi ləğv edilib

Moskva, 9 may. Foto: Reuters

Vladimir Putin: “Rusiyanın hərbçiləri xüsusi hərbi əməliyyat zamanı Donbassda xalq, Vətənin təhlükəsizliyi üçün döyüşür”

Mayın 9-da Moskvada Qırmızı Meydanda keçirilən Qələbə Paradının hava məkanında göstəriləcək hissəsi ləğv edilib. Səbəb kimi hava şəraiti qeyd olunub.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Hava ilə əlaqədar paradın hava hissəsi baş tutmayacaq”, – Peskov belə söyləyib.

“Rusiya hərbçiləri xüsusi hərbi əməliyyat zamanı Donbassda xalq, Vətənin təhlükəsizliyi üçün döyüşür”.

Bunu Rusiya Prezidenti Vladimir Putin mayın 9-da Qızıl Meydanda çıxışı zamanı deyib.

“Onun sözlərinə görə, Rusiya sərhədləri yaxınlığında təhlükə yaradılırdı, Krım da daxil olmaqla hücum hazırlanırdı.

Putin bildirib ki, Rusiya təcavüzə qabaqlayıcı cavab verib:

“Biz hərbi infrastrukturun necə inkişaf etdiyini, yüzlərlə xarici müşavirin necə işləməyə başladığını, NATO ölkələrindən mütəmadi olaraq ən müasir silahların çatdırıldığını gördük. Təhlükə hər gün artırdı. Rusiya təcavüzə qabaqlayıcı cavab verdi. Bu, məcburi idi, vaxtında və yeganə düzgün qərar suveren, güclü, müstəqil ölkənin qərarıdır”.

V.Putin vurğulayıb ki, Rusiya Qərbi vicdanlı dialoqa çağırıb, amma hamısı boşa çıxıb:

“Keçən ilin dekabrında biz təhlükəsizlik zəmanəti sazişi bağlamağı təklif etdik. Rusiya Qərbi vicdanlı dialoqa, ağlabatan kompromis həll yolları tapmağa, bir-birinin maraqlarını nəzərə almağa çağırdı. Hamısı əbəs yerə oldu! NATO ölkələri bizi eşitmək istəmədi”.

“Rusiya həmişə bərabər və bölünməz təhlükəsizlik sisteminin, bütün dünya birliyi üçün həyati əhəmiyyət kəsb edən sistemin yaradılmasının tərəfdarı olub”, – Putin belə deyib.

Kreml rəhbəri əlavə edib ki, Rusiya Qərbdən fərqli olaraq Vətən sevgisindən və ənənəvi dəyərlərdən heç vaxt vaz keçməyəcək:

“Biz heç vaxt Vətən sevgisindən, əqidə və ənənəvi dəyərlərimizdən, əcdadlarımızın adət-ənənələrindən, bütün xalqlara və mədəniyyətlərə hörmətdən əl çəkməyəcəyik. Qərbdə isə görünür, bu minillik dəyərləri ləğv etmək qərarına gəliblər”.

O bildirib ki, ABŞ faktiki olaraq öz veteranlarına Moskvada keçirilən Qələbə Paradında iştirak etməyi qadağan edib.

“Biz bilirik ki, Moskvadakı Parada gəlmək istəyən amerikalı veteranlara əslində qadağa qoyulub. Amma mən onların bilmələrini istəyirəm ki, biz sizin şücaətlərinizlə fəxr edirik”, – Putin deyib.

Bu gün Moskvada 9 May faşizm üzərində qələbənin 77-ci ildönümünə həsr olunan parad keçirilir.

Faşist Almaniyasının Polşaya hücuma başladığı 1 sentyabr 1939-cu il II dünya müharibəsinin başlanma tarixi sayılır. 2 sentyabr 1945-ci il tarixində sona yetən müharibə 10 milyonlarla insanın ölümünə səbəb oldu.

Ana səhifəDünyaMoskvada paradın hava hissəsi ləğv edilib