Moskvada Azərbaycan səfirliyinin önündə aksiya olub

”Vicdanlı, vətəninə sadiq insanlara işgəncə verməsinlər, həbs etməsinlər”

Source:
foto sosial şəbəkə
foto sosial şəbəkə


”Vicdanlı, vətəninə sadiq insanlara işgəncə verməsinlər, həbs etməsinlər”

“Nə vaxta kimi Azərbaycan xalqının səbri ilə oynayacaqlar? Nə vaxta kimi xalqı alçaldıb, təhqir edəcəklər?” – bu sözlər Moskvadakı Azərbaycan səfirliyinin önündə səsləndirilib.

Yanvarın 5-də 50 nəfərə yaxın azərbaycanlı Moskvadakı Azərbaycan səfirliyinin önündə toplaşaraq aksiya keçiriblər. Aksiyaçılar əllərində Qiyas İbrahimov, Tale Bağırzadə və digər siyasi məhbusların fotolarını tutaraq, onların haqsız yerə həbs edilməsindən danışıblar.

Aksiya ətrafdakıların marağına səbəb olub. Telefon və kameralarla çəkilib. Ərtafda polis də var. Ancaq aksiyaya müdaxilə etmir.

Daha bir etirazçı çıxış edərək səfirlik önündə toplaşma səbəblərinə aydınlıq gətirib. Bildirib ki, Rusiyada yaşasalar da, ürəkləri Azərbaycanla döyünür və ölkədə baş verənlər onları narahat edir:

“Haqsızlıqlar bizi narahat edir. Azərbaycanda olan zalım rejimə müraciət edirik. Bildiririk ki, vicdanlı, vətəninə sadiq insanlara işgəncə verməsinlər, həbs etməsinlər. Hamımıza aydındır ki, Azərbaycanda bu gün insanları narkotiklə, silahla şərləyib həbsə atırlar. Burdan İlham Əliyevə demək istəyirəm ki, prezident seçiləndə xalqa xidmət edəcəyinə dair “Quran”-a əl basıb. Ancaq bu gün onun hakimiyyəti və əlaltıları Azərbaycanın qeyrətli oğullarını həbs edir”.

Ana səhifəXəbərlərMoskvada Azərbaycan səfirliyinin önündə aksiya olub