Mənbə: BBC

Moskva yaxınlığında baş verən yanğında 1 nəfər ölüb, 13 yaralı var

Moskva yaxınlığında Mitişçi (Mytishci) şəhərində elektrik stansiyası yaxınlığında baş vermiş partlayış nəticəsində bir nəfər ölüb, 13 nəfər yaralanıb, - Azadlıq Radiosu xəbər verir.

Fövqəladə hallar nazirinin müavini İlya Denisov jurnalistlərə bildirib ki, yanğın söndürülüb və bir nəfər xəstəxanaya yerləşdirilib.

Rusiya xəbər agentliklərinin məlumatına görə, hadisə stansiyanın binasında, yüksək təzyiqli qaz nasosunda baş verib. Şahidlər və Fövqəladə Hallar Nazirliyinin rəsmiləri bildirirlər ki, ərazidə göyə qalxan alovun yüksəkliyi təxminən 50 metr olub.

Denisov həmçinin deyib ki, yanğının baş verdiyi qaz kəməri stansiyada deyil, stansiyanın yaxınlığında yerləşir. Denisovun sözlərinə görə, yanğına qaz sızması səbəb olub və hadisə ilə bağlı istintaq başladılıb.

Mitişçi elektrik stansiyası 1992-ci ildən etibarən fəaliyyət göstərir. Onun ümumi gücü 1,068 meqavatdır və stansiyada istifadə olunan əsas yanacaq təbii qazdır.

Mitişçi şəhəri Moskvanın şimal-şərqində, şəhər mərkəzindən təxminən 20 kilometr məsafədə yerləşir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/73wh9l

Ən çox baxılan