”Moskva” univermağında aksiya

Satıcılar yer haqqının bahalığından şikayətlənirlər

Source:
”Moskva” Univermağı
”Moskva” Univermağı
”Moskva” Univermağı
”Moskva” Univermağı


Satıcılar yer haqqının bahalığından şikayətlənirlər

Fevralın 2-də “Moskva” univermağının satıcıları yer haqqının bahalığına etiraz edərək, aksiya keçiriblər. Ötən gün də eyni məqsədlə toplaşan satıcılar bildirirlər ki, icarəyə götürdükləri yerin haqqı sahəsinə görə hesablanmır.

Hadisə yerində olan Meydan TV əməkdaşının məlumatına görə, hazırda piştaxtalar boşaldılıb, işləmirlər. Satıcılar yer haqqının eyni şəxs tərəfindən, eyni qiymətə yığılmasını istəyirlər:

“Rəhbərlik hər bölməyə görə standart olaraq metrəsinə 350 manat alır. Ancaq icarədarlar fərqli qiymətlər qoyurlar. Birimiz 3 metrlik yerə görə 1500 manat, digərimiz isə 3000 manat ödəyirik. Çünki hər bölmənin sahibi fərqli adamlardır”- deyə satıcılar Meydan TV-tə şikayətləniblər.  Onların əsas şikayətləri Aydın, Mirzə, Eldəniz və Rizvan adlı icarədarlardandır. Deyirlər ki, məhz onlar qiymət fərqliliyi yaradırlar. Adıçəkilən şəxslər hazırda univermaqda olmadığından aksiyaçılara açıqlama verilmir.

Hadisə yerinə yalnız univermaq rəhbərinin oğlunun gəldiyi bildirilir. O, aksiyaçılara problemlərinin həll olunduğunu söyləsə də, satıcılar konkret nəticə olmayınca aksiyanı dayandırmayacaqlarını deyiblər.

Ana səhifəXəbərlər”Moskva” univermağında aksiya