Moskva Şəhər Dumasına seçkilərlə bağlı etiraz aksiyaları keçirilir Nə baş verir?

İyulun 14-də polis əməkdaşları mitinqi dağıdaraq 39 adam saxlamışdı.

Source: «Новая газета»


“Qromadski”

nin materialları əsasında

Fotolar Viktoriya Odissonovanındır. Novaya qazeta: https://www.novayagazeta.ru/articles/2019/07/15/81255-ya-ne-sdamsya-bez-boya

Moskvada iyulun 15-də

Şəhər Dumasına

seçkilərdə iştirak edən müstəqil namizədləri dəstəkləmək məqsədilə ikinci aksiya keçirilib. Əvvəlkindən fərqli olaraq, bu aksiyada saxlanılanlar olmayıb.

İyulun 14-də polis əməkdaşları mitinqi dağıdaraq 39 adam saxlamışdı.

Etiraz aksiyaları hansı səbəbdən başlayıb?

Hər şey Moskva Şəhər Dumasına (Moskvanın qanunverici orqanı) seçkilərlə bağlı başlayıb. Seçkilər 2019-cu il sentyabrın 8-də keçirilməlidir. Başlanğıcda 45 deputat mandatına 417 adam namizəd olub.

Seçkilərdə qeydiyyatdan keçmək üçün namizədliyini irəli sürənlər və qeyri-parlament partiyaların nümayəndələri dəstək üçün 4,5-5 min seçici imzası toplamalı idi (dairədən 3%). Seçki komissiyası qeydiyyatdan öncə imzaların səhihliyini yoxlamalıdır. Yoxlama bitməmiş müxalif namizədlər pozuntular barədə bəyanatlar verməyə başladılar – guya onların təqdim etdikləri real imzalar saxta hesab olunur, ya da sadəcə yoxa çıxır. Namizədləri və onların nümayəndələrini yoxlamaya yaxın buraxmırlar, hakimiyyətyönümlü namizədlərin imzalarını isə yəqin ki saxtalaşdırırlar. Bənzər pozuntular barədə “Qolos” müşahidəçilər təşkilatı bəyan edib. Etiraz edən adamlar həm də Moskva meriyasına loyal olan bir çox namizədin seçkilərdə partiyaların adından deyil, müstəqil şəkildə iştirak etmələrindən narazı qalıb. Məsələn, “Yedinaya Rossiya”nın üzvləri – Moskva şöbəsinin rəhbəri Andrey Metelski və Moskva Dövlət Dumasının hazırkı sədri Aleksey Şapoşnikov.

Müxalifətçilərdən kim imza toplaya bilib?

18 müxaliftəçi lazımi sayda imza toplaya bilib. Səkkiz namizəd Yabloko Partiyasındandır (Yevgeni Bunimoviç, Sergey Mitroxin, Yelena Rusakova, Andrey Babuşkin, Kirill Qonçarov, Darya Besedina, Anastasiya Bryuxanova və Maksim Kruqlov). Daha iki namizəd siyasətçi Aleksey Navalnının mübarizə yoldaşları, Korrupsiya ilə mübarizə fondunun hüquqşünasları Lyubov Sobol və İvan Jdanovdur. İmzaları həmçinin “Krasnoselski” bələdiyyə dairəsinin rəhbəri İlya Yaşin, bələdiyyə deputatları Konstantin Yankauskas və Yuliya Qalyamina təhvil verib. Daha üç nəfər – Dövlət Dumasının sabiq deputatı Dmitri Qudkov və onun komandasından iki nəfər – Aleksandr Solovyov və Dmitri Kloçkovdur. İmzaları bir də müxalifətçi aktivist Roman Yuneman və Dövlət Dumasının sabiq deputatı Gennadi Qudkov toplaya bilib.

Ana səhifəXəbərlərMoskva Şəhər Dumasına seçkilərlə bağlı etiraz aksiyaları keçirilir Nə baş verir?