Aleksey Navalnı

Mənbə: arxiv

Başlıq: Aleksey Navalnı

Moskva Navalnının zəhərlənməsini araşdırmaq üçün Almaniyaya müstəntiqlərini göndərə bilər

Peskov: “Biz Almaniya laboratoriyasının təhlili əsasında cinayət işi başlada bilmərik”

Rəsmi Moskva rus müxalif siyasətçi Aleksey Navalnının zəhərlənməsini araşdırmaq üçün müsəntiqlərini Almaniyaya göndərmək istədiyini deyib, - “Reuters” xəbər verir.

Berlin Navalnıya qarşı sui-qəsd olunduğunu, siyasətçinin sinin maddəsiylə zəhərləndiyini iddia edir. Bu səbəbdən, Kremli Navalnını öldürməyə cəhdlə bağlı izahat vermədiyi üçün Qərbin təzyiqlərinə məruz qalır.

Prezident Vladimir Putinin tanınmış tənqidçisi Navalnı keçən ay Sibirdə səyahət edərkən özünü pis hiss etdikdən sonra əvvəlcə Omskdakı xəstəxanaya, daha sonra hava yolu ilə Almaniyadakı xəstəxanaya aparılıb. Hazırda o, alman həkimlər tərəfindən “Charite” xəstəxanasında müalicə edilir. Moskva onun zəhərləndiyinə dair heç bir dəlil görmədiyini deyir.

Bəzi alman siyasətçilər Berlinin Rusiyadan Almaniyaya gələcək və gələn il istifadəyə veriləcək qaz kəməri layihəsi “Şimal Axını 2”-ni ləğv etməli olduğunu deyib. “Belə bir addım Qərbin Sovet İttifaqı dövründən bəri Rusiyaya tətbiq etdiyi ən sərt iqtisadi cəzaya bərabər olacaqdır”, -onlar bildiriblər.

Rusiyanın Daxili İşlər Nazirliyinin Sibirdəki nəqliyyat departamenti verdiyi açıqlamada bildirib ki, qurum müstəntiqlərini alman həmkarları ilə birlikdə işləmək üçün Almaniyaya göndərmək istəyir.

Almaniya hökumətinin sözcüsü Berlinə bu günə qədər rusiyalı rəsmilərdən belə bir müraciət daxil olmadığını deyib.

Rusiyada məsələ ilə bağlı cinayət işi açılmayıb və hələ də Kremli Navalnının zəhərlənməsinə dair Berlindən dəlil gözləyir. Xarici işlər naziri Sergey Lavrov cümə günü Almaniyanın bu iş üzrə ittihamlarını “əsassız” adlandırıb.

Kremlin sözcüsü Dmitri Peskov Moskvanın bu işlə əlaqədar xarici təzyiqlərdən bezdiyini deyib. O əlavə edib ki, hadisə araşdırılır, ancaq cinayət dəlilinə rastlanmadığı üçün cinayət işi açılmayıb.

Dmitri Peskov

Dmitri Peskov

Mənbə: google.az

“Əlbəttə ki, digər ölkələrin bizə hansı qanuni prosedurları hansı halda və hansı əsasda başladacağımızı diktə etməsini bəyənmirik”,- Peskov deyib: “Biz Almaniya laboratoriyasının təhlili ilə verilən bu yoxlama və suallar əsasında cinayət işi başlada bilmərik. Qanuni olaraq bu mümkün deyil”.

Rusiya Daxili İşlər Nazirliyi Tomskdakı nəqliyyat polisinin Navalnının xəstəliyinə qədər baş verən hadisələrin vaxtını təyin etdiyini bildirib. Nazirlik Navalnının ziyarət etdiyi otel, restoran, mənzil və qəhvəxana siyahısını verərək şərab və alkoqollu kokteyl içdiyini deyib. Xəstəxanaya qaldırıldıqdan bir neçə gün sonra Navalnının sözcüsü onun spirtli içki qəbul etdiyi iddialarını rədd edib.

Rusiya nazirliyi polisin Navalnının halı pisləşərkən onu müşayiət edən altı nəfərdən beşinin sorğuya cəlb edildiyini deyib.

Polis altıncı şəxsin Marina Pevçik adında biri olduğunu və onun 22 avqust tarixində Almaniyaya uçduğunu deyib. Pevçik Britaniyada məskunlaşır və onun yeri hazırda müəyyən edilib. Pevçik Navalnının həmkarlarından olan aktivistdir.

“Reuters” Pevçiklə əlaqə saxlaya bilməyib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/6rla25

Ən çox baxılan