”Moskva Bakının narahatlığını artırır”

Elxan Şahinoğlu: “Roqozin Rusiya ilə Azərbaycan arasında hərbi əməkdaşlığın bünövrəsini qoyan şəxsdir”

Source:
Vladimir Putin və İlham Əliyev
Vladimir Putin və İlham Əliyev


Elxan Şahinoğlu: “Roqozin Rusiya ilə Azərbaycan arasında hərbi əməkdaşlığın bünövrəsini qoyan şəxsdir”


Martın 3-də Bakıda Rusiya Federasiyasının baş nazirinin müavini Dmitri Roqozinlə Azərbaycan prezidenti İlham Əliyev arasında danışıqlar olacaq. Əsas mövzu iki ölkə arasında hərbi-texniki əməkdaşlığın nizamlanmasıdır. Enerji resurslarının qiymətinin enməsilə əlaqədar Bakı öncə bağlanmış silah müqavilələrinə görə ödəniş edə bilmir. Azərbaycan tərəfinin Rusiyanın Ermənistana silah göndərməsi məsələsini də qaldıracağı istisna olunmur.

Bu barədə Moskvanın “Kommersant” qəzetinin bugünkü sayında yazılıb.

Qəzetin məlumatına görə, Roqozindən başqa “Rosoboroneksport” və hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətin nümayəndələri də Bakıya gəlib.

Səfər öncədən planlaşdırılmayıb. “İxrac müqavilələri ilə bağlı çətinlik yaranıb ki, bunları da yüksək səviyyədə həll etmək lazımdır”- deyə qəzet yazır.

Öncə hərbçilərlə, sonra prezident İlham Əliyevlə görüş gözlənilir.

Söhbət bir neçə il öncə bağlanmış silah müqavilələrinə görə ödənişdən gedir. “Kommersant” mənbələrinin dediklərinə görə, problem ondadır ki, neftin qiyməti endikdən sonra Azərbaycanda ödənişlə bağlı problem yaranıb. “Sifariş etdikləri texnika hazırlanıb və gətirilib, lakin hələlik limanda dayanıb. Yükün boşaldılmasını və vəziyyətin həllini gözləyirlər”, – mənbə qəzetə bildirib.

2010-2014-cü illərdə Bakı Rusiyadan iki divizion С-300ПМУ-2 sistemi, bir neçə “Тор-2МE” kompleksi, yüzə yaxın döyüş və nəqliyyat vertolyotu, ən azı 100 ədəd Т-90С tankı, 100 ədəd БМП-3, 18 “Мста-С” artilleriya qurğusu və bir o qədər ТОС-1А sistemi, həmçinin “Smerç” reaktiv sistemi alıb. Bu paketin ümumi dəyəri $4 mlrd. həcmində dəyərləndirilib. Müqavilələrin böyük hissəsi yerinə yetirilib. Bir neçəsi qalır ki, o da bu il başa çatmalıdır..

Moskva ödəniş məsələsini müzakirə edərək razılığa gəlmək niyyətindədir. Belə ki, qiyməti ödənilməyən məhsullar başqa ölkələrə satıla bilər, – mənbə “Kommersant”a bildirib.

Səfəri Meydan TV-yə şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Roqozin Rusiya hakimiyyətində hərbi sənaye kompleksə və bu sahənin inkişafına cavabdeh şəxsdir. Hazırda Azərbaycan Rusiyadan müasir silahlar alır. Bu baxımdan Roqozin Bakıya Rusiya ilə Azərbaycan arasında hərbi əməkdaşlığın genişləndirməsi məqsədilə gəlib. Roqozin Rusiya ilə Azərbaycan arasında hərbi əməkdaşlığın bünövrəsini qoyan şəxsdir. Roqozin hazırki vəzifəsinə təyin olunana qədər Azərbaycan Rusiyadan indiki qədər silah və sursat almırdı. Müqavilələrin həcmi yüzmilyonlarla dollar həndəvərindədir.

Elxan Şahinoğlu
Elxan Şahinoğlu

Şahinoğlu hesab edir ki, hazırda silah və sursatın alınması ilə bağlı obyektiv çətinliklər yaranıb. Çünki Azərbaycanın neft gəlirləri azalıb, Rusiya ilə müqavilələr isə pul kütləsinin çox olduğu illərdə imzalanıb: “Ancaq mən güman etmirəm ki, rəsmi Bakı Rusiya ilə imzaladığı müqavilələrdən imtina edəcək. Əksinə, bütün çətinliklərə rəğmən, 2016-cı ilin büdcəsində hərbi xərclər bir az daha artırılıb. Sadəcə, silah və sursatın alınması məqsədilə ödəmənin hissə-hissə həyata keçirilməsi razılaşdırıla bilər. Digər tərəfdən, böyük ehtimalla Azərbaycan rəsmiləri Roqozinlə qapalı danışıqlarda Rusiyanın Ermənistana silah və sursat alması üçün ayırdığı 200 milyon dollar kreditdən də danışacaqlar. Bu amil rəsmi Bakını ciddi narahat edir. Təsadüfi deyil ki, rəsmi Bakı bununla bağlı Moskvaya nota da göndərib. Rəsmi Bakının Moskvadan əsas istəyi odur ki, həmin silah və sursat işğal altındakı torpaqlarıda yerləşdirilməsin. Moskva Azərbaycana belə bir təminat vermədiyindən Bakının narahatlığını artırır. Roqozin rəsmi Bakının bu narahatlığını Rusiya prezidenti Vladimir Putinə çatdıracağını vəd edəcək və bununla da işini bitmiş sayacaq. Amma qərar vermək onluq deyil. Çünki Roqozinin Bakıya səfərinin əsas məqsədi bu deyil. Ancaq əgər Rusiya Ermənistana kredit əsasında silah və sursat verirsə, Azərbaycan hakimiyyəti silah və sursat üçün pulu bəri başdan ödəməz də. Yəqin rəsmi Bakı Rusiya ilə silah müqaviləsinin şərtlərini dəyişmək istəyini dilə gətirə bilər”.

Ana səhifəXəbərlər”Moskva Bakının narahatlığını artırır”