Rusiya Xarici İşlər Nazirliyi

Mənbə: tass.ru

Başlıq: Rusiya Xarici İşlər Nazirliyi

Moskva Avropa İttifaqına üzv dövlətlərin rəsmilərinə sanksiya tətbiq edib

Onların arasında Avropa Komissiyasının vitse-prezidenti və Avropa Parlamentinin rəhbəri də var

Moskva Brüsselin Rusiya vətəndaşlarına qarşı sanksiyalarına cavab olaraq Avropa İttifaqına üzv dövlətlərin 8 rəsmisinin ölkəyə girişini qadağan edib.

Onların arasında Avropa Komissiyasının vitse-prezidenti Vera Jurova və Avropa Parlamentinin başçısı David Sassoli də var.

Azadlıq Radiosunun Rusiya Xarici İşlər Nazirliyinə (XİN) istinadən yaydığı məlumatda qeyd olunub ki, Brüssel prezident Vladimir Putinə yaxın 4 yüksək vəzifəli rəsmiyə sanksiyalar qoyub.

Xarici İşlər Naizrliyi bildirib ki, 2021-ci ilin martında 6 Rusiya vətəndaşına qanunsuz olaraq Avropa İttifaqı məhdudiyyətləri tətbiq olunub:

"Belə hərəkətlər BMT Nizamnaməsinə ziddir və beynəlxalq qanunun təməl normalarını pozur. Bu tədbirlərin tətbiq edilməsi Qərb mediası tərəfindən qəsdən olaraq anti-Rusiya qaraqışqırığı ilə müşayiət olunur”.

Məlumatda Rusiyanın qadağan siyahısına Berlinin baş prokuroru Yorq Raupaxın da salındığı vurğulanıb:

"Moskvanın sanskiya siyahısında daha beş avropalının adı var. Bunlar Latviya Elektron Mediası Milli Şurasının rəhbəri İvars Abbolınş, Latviya Dövlət Dili Mərkəzinin direktoru Maris Baltınş, Fransanın AŞPA-dakı nümayəndə heyətinin başçısı Jak Mer, İsveç Müdafiə Tədqiqatları İnstitutunun kimya, bilogiya, radiasiya və nüvə təhlükəsizlyi laboratoriyasının rəhbəri Osa Skott və Estoniya Dil Nazirliyinin rəhbəri İlmar Tomuskdur".

Rusiyaya girişi qadağan edilənlərdən üçü Aleksey Navalnının zəhərlənməsinin araşdırılması ilə bağlılığı olanlardır. AŞPA Jak Merə Aleksey Navalninin zəhərlənməsinin araşdırılması üçün mandat vermişdi. Osa Skottun rəhbərlik etdiyi laboratoriya Navalnının bioloji materiallarında “Noviçok” maddəsinin izlərini aşkar edib. Yorq Raupax isə Rusiyanın Navalnı işi üzrə hüquqi kömək ricasına rədd cavabı vermişdi.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/hllgm3

Ən çox baxılan