Morqan Stenli: ”Neftin qiymətinin aşağı düşməsi daha uzun çəkəcək”

“Pis halda bu ilin oktyabr-dekabr aylarında neftin orta qiyməti bir barelə görə 20 dollara qədər də düşə bilər”

Source:


“Pis halda bu ilin oktyabr-dekabr aylarında neftin orta qiyməti bir barelə görə 20 dollara qədər də düşə bilər”

“Marja” xəbər verir ki, Morqan Stenli (Morgan Stanley), Brent neftinin bu ilin ilk rübündə barelinin qiymətinin orta hesabla 31 dollar, ikinci və üçüncü rübdə 30 dollar, dördüncü rübdə isə 29 dollar səviyyəsində qalacağını gözləyir. Daha əvvəlki proqnozlarda bu qiymətlər müvafiq olaraq 42 dollar, 45 dollar, 48 dollar və 59 dollar səviyyələrində idi.

Morqan Stanley (Morgan Stanley) analitikləri, neftin qiymətinin aşağı düşməsinin daha öncəki gözləntilərə müqayisədə daha uzun çəkəcəyini qeyd edib.

Bankın analitiklərinin fikrincə, Brent markalı neftin qiyməti 2016-ci ilin sonuna qədər artmayacaq, daha da aşağı düşəcək və 2017-cu ilin yazına qədər 30 dollardan yuxarı qalxmayacaq.

Morgan Stanley-in ssenarisinə görə, Brent markalı neftin orta qiyməti 2016-ci ilin payızına qədər 30-31 dollar səviyyəsində qalacaq, son rübündə isə 29 dollara düşəcək və 30 dollara yalnız 2017-ci ilin yazında yenidən qalxacaq. Pis halda isə bu ilin oktyabr-dekabr aylarında neftin orta qiyməti bir barelə görə 20 dollara qədər də düşə bilər.

Bu il üçün neftin rüblük qiymət proqnozlarını 51 faizə qədər aşağı salan Morqan Stenliyə görə, aşağı neft qiymətləri daha öncəki gözləntilər ilə müqayisədə daha uzun çəkəcək.

Bankın nəşr olunan hesabatında, neft qiymətlərinin 2016-cı il ərzində əsasən düşəcəyi proqnozu verilib. Bank, daha əvvəl, qiymətlərin bu il hər rübdə yüksələcəyi proqnozunu etmişdi.

4 Fevral tarixli hesabatda, “Gözləniləndən daha zəif tələbat, gözlənildiyindən daha yüksək təklif (hasilat), artan ehtiyatlar neftin yenidən tarazlıq tapmasını gecikdirir və qiymətlərdəki artımı yavaşladır” qeyd edilib.

Venesuela, özü daxil 6 OPEK üzvünün, Rusiya və İranın, addım atılması halında təcili toplantıya qatılacağını qeyd edib. Bütün dünyada, neft qiymətlərindəki kəskin azalma səbəbiylə, hasilatın azaldılmasına dair çağırışlar artır. OPEC Dekabr ayında hasilat kvotasını qaldırdı, İrana sanksiyalar ləğv edildi və Rusiyada istehsal rekord səviyyəyə çıxdı. Bununla yanaşı, ABŞ-da ehtiyatların 1930-cu illərdən bu yana ən yüksək səviyyəyə çıxması, artıq təklif narahatçılığını daha da artırır.

Ana səhifəXəbərlərMorqan Stenli: ”Neftin qiymətinin aşağı düşməsi daha uzun çəkəcək”