Moody’s: Azərbaycan iqtisadyyatı üzrə proqnoz pisləşib

”Azərbaycanın makroiqtisadi proqnozlarının pisləşməsi energetika bazarlarının qiymətləndirmələri və neft qiymətləri ilə bağlı ümidlərin azalması ilə əlaqədardır”

Source:


”Azərbaycanın makroiqtisadi proqnozlarının pisləşməsi energetika bazarlarının qiymətləndirmələri və neft qiymətləri ilə bağlı ümidlərin azalması ilə əlaqədardır”

Beynəlxalq “Moody`s” Agentliyi Azərbaycan iqtisadiyyatı üzrə proqnozu pisləşdirib. Agentlik iyunda verdiyi proqnoza yenidən baxaraq, real ÜDM-in artımını 1 faizdən 2017-ci il üçün 0 faizə qədər endirib.

”Turan” IA-ın məlumatına görə, 2016-cı ildə agentlik ÜDM-in 0,7 faizə qədər azalacağını proqnozlaşdırır.

“Moody`s” maliyyə sektorunda vəziyyətin pisləşməsini, devalvasiyanın əhalinin alıcılıq qabiliyyətinə təsirini və ikirəqəmli inflyasiyanın artmasını nəzərə alaraq, ölkə iqtisadiyyatının inkişaf sürətinin azalmasına gətirib çıxara biləcək risklərin olduğunu qeyd edirdi. Agentlik hesab edir ki, Azərbaycanın makroiqtisadi proqnozlarının pisləşməsi energetika bazarlarının qiymətləndirmələri və neft qiymətləri ilə bağlı ümidlərin azalması ilə əlaqədardır. Bundan başqa, “Moody`s” Azərbaycanın maliyyə sisteminə təzyiqin artmasını, ödəmə balansının vəziyyətini, habelə milli valyutaya etibarın azalmasını və bank sisteminin dollarlaşmasını qeyd edib.

ÜDM-ə nisbətdə xarici borcun 2014-cü ildə 11,2 faizdən ilin sonuna qədər 29,6 faizə qədər artacağı proqnozlaşdırılır.

Real ÜDM inflyasiyaya əsasən hesablanır, əvvəlki və ya əsas götürülən istənilən başqa ilin qiymətləri ilə ifadə olunub (bu ilin cari qiymətləri ilə ifadə olunan nominal ÜDM-dən fərqli olaraq). Real ÜDM-də qiymət artımı deyil, ÜDM artımının real istehsalın inkişafında hansı dərəcədə müəyyən ediliyi nəzərə alınır.

Ana səhifəXəbərlərMoody’s: Azərbaycan iqtisadyyatı üzrə proqnoz pisləşib