Moody’s 2017-ci ildə ÜDM artımını 1,1 faiz proqnozlaşdırır

Agentlik korrupsiya ilə mübarizə səviyyəsi, makroiqtisadi məlumatların məxfiliyini mənfi qiymətləndirib

Source:
foto sosial şəbəkə
foto sosial şəbəkə


Agentlik korrupsiya ilə mübarizə səviyyəsi, makroiqtisadi məlumatların məxfiliyini mənfi qiymətləndirib

Moody’s Investors Service beynəlxalq reytinq agentliyi 2017-ci ildə Azərbaycanda ümumi daxili məhsulun 1,1 faiz, 2018-ci ildə 1,9 faiz artacağını proqnozlaşdırır.

“Turan” yazır ki, Moody’s hesab edir ki, manatın qiymətdən düşməsi, yüksək inflyasiya, bank sektorunun zəifliyi böyük iqtisadi risk yaradır.

Moody’s ÜDM artımı proqnozunu karbohidrogenlərin bahalanması, “Şahdəniz 2”dən qaz hasilatı artımı ilə bağlayır.

Ölkənin kredit qabiliyyəti ilə bağlı zəif iqtisadi güc, institusional qeyri-şəffaflıq, yüksək fiskal möhkəmlik qeyd edilir.

Agentlik kredit qabiliyyətini Ваl qiymətləndirir. Onu karbohidrogen ehtiyatı, artan, amma az xarici dövlət borcu, ARDNF-nin böyük valyuta ehtiyatı dəstəkləyir.

Moody’s iqtisadiyyatın zəif şaxələndirilməsini, zəif bank sektorunu, zəif iqtisadi institutlar və geosiyasi gərginliyi qeyd edir.

Agentlik korrupsiya ilə mübarizə səviyyəsi, makroiqtisadi məlumatların məxfiliyini mənfi qiymətləndirib.

Moody’s dövlət maliyyəsi neftdən asılı olsa da, fiskal gücü yüksək hesab edir.

Ana səhifəXəbərlərMoody’s 2017-ci ildə ÜDM artımını 1,1 faiz proqnozlaşdırır