Mobil telefonların rüsumu 30 dəfəyə qədər qaldırıldı

Ucuz başa gəlsin deyə xaricdən telefon alanlar ölkədə qediyyata gələndə xərcə düşəcəklər. Nazirlər Kabinetinin 31 iyul qərarı ilə mobil cizahların qeydiyyat rüsumu 30 dəfəyə qədər qaldırılıb. Bu vaxta qədər rüsum 5 manat idisə, artıq bu rəqəm telefonun qiymətindən asılı olaraq 20 manatdan 150 manata qədər dəyişir.

“Telefon götürməyə gəlmişəm. İndi deyirlər ki, Tarif Şurası qiymətləri qaldırıb. Bir vətəndaş kimi mən narazıyam. Hər yerdən əlimizi kəsirlər ki, ucuz nəsə almayaq”.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirilib ki, bu qərarla vətəndaşın cibinə girilib. Qərar verilməmişdən əvvəl bu məsələ müzakirəyə çıxarılmalı idi.

“Absurd bir qərardır. Mən hesab edirəm ki, bu sahənin biznesi ilə məşğul olan, bu sahədə kommersiya maraqları olan bir qrupun, təbəqənin maraqları nöqteyi-nəzərdən hazırlanan qərardır”.


Bəs mobil telefon istifadəçiləri yeni qərarı necə qarşılayır?

Osman Gündüz deyir ki, qeydiyyat rüsumlarını qaldırmaqla telefonların da qiyməti qalxacaq:

“Telefon qiymətlərində və bazarda ciddi dəyişikliklər baş verəcək. Təmərküzləşmə gedəcək, mobil telefon cihazlarının alqı-satqısı bir-iki şirkətin əlində cəmləşəcək. Təbii ki, mobil telefonların qiymətində kəskin artım müşahidə olunacaq. Daha yüksək surətli telefonların Azərbaycan bazarında istifadəsi məhdudlaşacaq. Yəni insanlar daha çox sadə, primitiv telefonlardan istifadə edəcək”.

Poçtdaşıma məntəqəsinə üz tutan vətəndaşlar deyir ki, onlar qeydiyyat üçün əvvəlki qiymətlə rüsum ödəyiblər.Telefon mağazalarında isə artıq yeni qiymətlərlə mobil telefonları qeydiyyatdan keçirirlər.

Ana səhifəVideoMobil telefonların rüsumu 30 dəfəyə qədər qaldırıldı