MN: Kəlbəcər istiqamətində Azərbaycan mövqeləri atəşə tutulub

Foto: Müdafiə Nazirliyi

Hərbçilər arasında itki yoxdur

Sentyabrın 2-si saat 15 radələrində Ermənistan silahlı qüvvələrinin Kəlbəcər istiqamətində yerləşən Azərbaycan mövqelərini atəşə tutduğu bildirilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, Ermənistan hərbçiləri Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan ordusunun təminat daşıyan 2 hərbi nəqliyyat vasitəsini atəşə tutub:

“Nəticədə hər iki avtomobilin ön hissəsi və şüşələri zədələnib”.

Müdafiə Nazirliyi hərbi qulluqçular arasında itki olmadığını qeyd edib.

Foto: Azərbaycan MN

“Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub”,-deyə nazirlik əlavə edib.

Ancaq Ermənistan Müdafiə Naizrliyini təkzib edərək atəşkəsi Azərbaycan ordusunun pozduğunu bildirib.

Ermənistan Müdafi Nazirliyi qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri sərhəd zonasının şərq istiqamətində hərbi avtomobili atəşə məruz qalıb:

“Ermənistan tərəfdən itki yoxdur” .

Xatırlatma

Ermənistanla Azərbaycan arasında sonuncu 44 günlük silahlı münaqişə 2020-ci il noyabrın 10-da qüvvəyə minmiş tam atəşkəs haqqında razılaşma ilə başa çatıb.

Dağlıq Qarabağ və ətraf bölgələrdəki münaqişənin tarixi isə 1988-ci ilə dayanır.

90-cı illərdə Azərbaycan-Ermənistan arasındakı ilk müharibə və sonrakı dövrlərdə Azərbaycan tərəf daim Ermənistanı mədəni abidələrin məhv edilməsində günahlandırıb.

2020-ci ildə baş verən ikinci müharibədən sonra isə Azərbaycan Ermənistanı şəhərləri, kəndləri, qəbristanlıqları yer üzündən silməkdə ittiham edib.

Ana səhifəXəbərlərMN: Kəlbəcər istiqamətində Azərbaycan mövqeləri atəşə tutulub