Ermənistan silahlı qüvvələrinin atəş açdığı bildirilir
Azərbaycan Ordusunun əsgəri Vüsal Xeybalı oğlu Orucov həlak olub.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonu (Vardenis) Zərkənd (Kut) yaşayış məntəqəsi istiqamətindəki mövqeyindən Kəlbəcərin Aşağı Ayrım istiqamətində snayper silahından atəş açılıb. Nəticədə hərbçi Vüsal Orucov həyatını itirib.
Ermənistan Müdafiə Nazirliyi deyilənləri təkzib edir.