MN: Hərbçi avtoqəzada həlak olub

Hadisə ilə bağlı araşdırma aparıldığı deyilir

İyulun 9-da Azərbaycan Ordusunun hərbi qulluqçusu Novruz Mirtağı oğlu Tağıyev Laçın rayonu ərazisində həlak olub. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, hərbçi axşam saatlarında baş vermiş avtoqəza nəticəsində həyatını itirib.

Faktla bağlı araşdırma aparıldığı bildirilir.

Novruz Tağıyev Tovuz rayonu Koxanəbi kənd sakini olub.

Hadisədən 4 gün öncə, iyulun 5-də Laçın rayonunda daha bir hərbçi qeyri-döyüş şəraitində həyatını itirib. Rəvan Tağıyevin özünü ona təhkim edilmiş avtomatla vurduğu bildirilirdi.

Azərbaycan ordusunun daha bir əsgərinin intihar xəbəri isə iyulun 8-də yayılıb. Baş Prokurorluq əsgər Hüseyn Bayramovun intihar etdiyini deyir.

Ana səhifəXəbərlərMN: Hərbçi avtoqəzada həlak olub