Əsgər meyitləri və iki yaşlı vətəndaş Ermənistana təhvil verilib (yenilənir)

Bildirilib ki, göstərilən tarixdə döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib

Foto: Müdafiə Nazirliyi


17.58.


Goranboya atılan raket bir mülki vətəndaşın həyatına son qoydu


Raket Tap kənd sakininin evinin damına düşüb


Ermənistan Silahlı Qüvvələri Goranboy rayonunu raket atəşinə tutub, nəticədə bir mülki şəxs ölüb.


Məlumatı Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Twitter” səhifəsində yazıb.


“Goranboy rayonunun Tap kəndində


1967-ci il təvəllüdlü Flora Ziyadova Ermənistan silahlı qüvvələri tərəfindən öldürülüb. Raket onun evinin damına düşüb”.

***


17.06.


Ermənistan silahlı qüvvələri Azərbaycanın Göygöl rayonunu ağır artilleriyadan atəşə tutub, nəticədə meşəlik ərazidə yanğın başlayıb.


Bu barədə məlumatı Fövqəladə Hallar Nazirliyi



yayıb



.


Məlumatda bildirib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları əraziyə cəlb edilib: “Hazırda yanğının geniş əraziyə yayılmaması və söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir”.

***


14.59.


Erməni əsgərlərin meyitlərinin bir qismi və iki nəfər yaşlı Ermənistan vətəndaşı qarşı tərəfə təhvil verilib.


Prezidentin köməkçisi Hikmət Hacıyev oktyabrın 29-da jurnalistlərə belə deyib.


Hikmət Hacıyev təhvil prosesində Rusiya Müdafiə naziri Sergey Şoyqunun rolu olduğunu vurğulayıb:


“Rusiyanın bu humanitar təşəbbüsü dəstəkləməsi nəticəsində Ermənistan tərəfi Qazax-Tovuz istiqamətində humanitar koridorun açılmasına və öz əsgərlərinin meyitlərinin qəbul edilməsinə razılığını verdi. Bu gün, indilərdə proses başa çatdı. Biz həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin və ATƏT-in fəaliyyətdə olan şəxsi nümayəndəsinin ofisinə də təşəkkürümüzü bildiririk. Bu, bir daha Azərbaycanın humanitar dəyərlərə və beynəlxalq humanitar hüquqa sadiqliyini göstərir".

***


14.29.


Oktyabrın 29-da səhər işğal altında olan Şuşa, Xankəndi, Əsgəran və Ağdərə rayonlarının Azərbaycan ordusu tərəfindən raket atəşinə tutulduğu deyilir.


Məlumatı Ermənistan mediası qondarma "Dağlıq Qarabağ Respublikası"nın informasiya qərargahına istinadən



yayıb



.

***


14.11.


Ermənistanın iki Su-25 təyyarəsi vurulub. Məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.


Bildirilib ki, oktyabrın 29-da saat 13:18 və 13:20 radələrində cəbhənin Qubadlı istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin iki Su-25 hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən vurulub.

***


13.35.


Sentyabrın 27-dən indiyə qədər Ermənistan ordusunun Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 90 mülki şəxs həlak olub, 392 nəfər yaralanıb.


Bu barədə məlumatı Azərbaycan Baş Prokurorluğu yayıb.


Bildirilib ki, göstərilən dövrdə 423 mülki obyekt, 92 hündürmərtəbəli yaşayış binası və 2406 yaşayış evi yarasız hala düşüb.

***

Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində əməliyyatların davam etdiyi bildirilir

Ermənistan silahlı qüvvələri oktyabrın 29-da saat 09:25 radələrində Goranboy və Tərtər rayonlarının ərazisini artilleriya atəşinə tutub.

Məlumatı Azərbaycan Müdafiə Nazirliyi

yayıb

.

Bildirilib ki, göstərilən tarixdə döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib.

Ana səhifəSiyasətƏsgər meyitləri və iki yaşlı vətəndaş Ermənistana təhvil verilib (yenilənir)