MN: Əsgərin düşmən gülləsindən həlak olması barədə yayılan xəbərlər yalandır

Hadisə ilə bağlı cinayət işi açılıb

Source:


Əsgər Vüsal Qəmbərovun ölümü ilə bağlı cinayət işi açılıb

Müdafiə Nazirliyinin mətbuat xidməti əsgər Qəmbərov Vüsal Razim oğlunun vəfat etməsi ilə bağlı açıqlama yayıb:

“Bəzi kütləvi informasiya vasitələrində Şəmkir rayonundan hərbi xidmətə çağırılmış əsgər Qəmbərov Vüsal Razim oğlunun düşmənin açdığı atəş nəticəsində həlak olması barədə yayılan xəbərlər həqiqətə uyğun deyil”.

Hadisə ilə bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb və hazırda araşdırma aparılır.

Müdafiə Nazirliyi Silahlı Qüvvələr haqqında yoxlanılmamış və rəsmən təsdiq edilməmiş məlumatların dərcinin qəbuledilməz olduğunu bildirib.

Bir sıra KİV-də Naxçıvandakı N saylı hərbi hissənin əsgəri, Şəmkir rayon Tatarkənd sakini, 1997-ci il təvəllüdlü Qəmbərov Vüsal Razim oğlunun Ermənistan tərəfin  atəşkəsi pozması nəticəsində şəhid olduğu barədə məlumat yayılıb.

Ana səhifəXəbərlərMN: Əsgərin düşmən gülləsindən həlak olması barədə yayılan xəbərlər yalandır