Oktyabrın 17-i səhərdən Ermənistan silahlı qüvvələri Azərbaycanın rayonlarını atəşə tutur. Bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi
yayıb
:
"Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri bu gün səhər saatlarından başlayaraq Tərtər, Ağdam, Bərdə və Ağcabədi rayonlarının ərazilərini atəşə tutur".