"Onlara məxsus silah, hərbi əmlak hava yolu ilə Ankara şəhərinə daşınıb"
"Əfqanıstan İslam Respublikasının Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirən 120 nəfərdən ibarət Azərbaycan sülhməramlısı tam heyətdə avqustun 26-da gecə saat 01:00 radələrində bu ölkədən çıxarılıb".
Bu məlumatı Müdafiə Nazirliyi
yayıb
.
Bildirilir ki, hazırda sülhməramlılar və onlara məxsus silah, hərbi əmlak hava yolu ilə Ankara şəhərinə daşınıb.
Onların qısa müddətdə Azərbaycana qayıdışı planlaşdırılır.
Nazirlik bildirib ki, sülhməramlılar vəzifələrini yüksək səviyyədə icra ediblər: "Qarşıya qoyulan tapşırıqları qardaş Türkiyə qüvvələri ilə birlikdə müvəffəqiyyətlə yerinə yetirən Azərbaycan sülhməramlıları xidməti vəzifələrini yüksək peşəkarlıqla icra edərək Əfqanıstanda təhlükəsizliyi təmin edib".
Azərbaycan ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci ilin noyabrın 20-dən başlayıb.
Bu ölkədəki Azərbaycan sülhməramlılarının sayı 120 nəfər olub.