Daxili İşlər Nazirliyi terror-təxribatla bağlı növbəti xəbərdarlıq yayıb (yenilənir)

Eyni zamanda, Ağcabədi və Tərtər rayonlarının da atəşə tutulduğu bildirilib.

Foto: Meydan TV


15.08.


SMDT: Mülki əhalinin hədəfə alınması beynəlxalq hüquq prinsiplərinin kobud pozulmasıdır


“Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Ermənistan hərbi birləşmələrinin münaqişə zonasından kənardakı mülki obyektləri hədəfə alınmasını şiddətlə qınayır, bunu döyüşlər zamanı qeyri-hərbi və mülki obyektlərə atəş açılmasının yolverilməzliyi barədə Beynəlxalq Humanitar Hüququn prinsiplərinin kobud pozuntusu sayır”.


Bu açıqlama təşkilatın oktyabrın 28-də yaydığı



bəyanat



da öz əksini tapıb.


SMDT rəsmi məlumatlara əsaslanaraq bildirib ki, son bir ayda Ermənistan ordusuna məxsus hərbi birləşmələr Azərbaycanın 15 rayonunda mülki əhalini və obyektləri hədəf alıb. Ağır artilleriya, raket qurğuları və iriçaplı silahlarla mülki obyektlərin hədəf alması nəticəsində 69 nəfər həlak olub, 322 nəfər yaralanıb, 2338 ev, 92 çox mənzilli bina və 415 mülki obyekt yararsız hala düşüb.


SMDT mütəxəssis rəylərinə istinad edərək qeyd edir ki, mülki obyektlərə və əhalinin sıx yaşadığı ərazilərə beynəlxalq konvensiyalarla qadağan olunmuş kaset sursatından və kifayətedici hədəf dəqiqliyi olmayan ballistik raktetlərdən və silahlardan atəş açılıb:


“Kifayət qədər dəqiqliklə hədəf alma qabiliyyəti olmayan raketlər vasitəsilə mülki əhalinin yaşadığı ərazilərin vurulması beynəlxalq humanitar hüquq normalarına zidd olmaqla, mülki və hərbi hədəflər arasında "fərq qoyma prinsipinin", "mütənasiblik prinsipinin" və "hücum zamanı ehtiyat tədbirlərinin görülməsi qaydasının" ciddi şəkildə pozulmasıdır”.


Təşkilat Azərbaycan hökumətinin “Amnesty İnternational” və “Human Rights Watch” təşkilatlarını ölkəyə fakt-araşdırıcı missiya göndərmək məqsədilə dəvət etməsini təqdir edir.


***


12.26.


Daxili İşlər Nazirliyi (DİN) terror-təxribatla bağlı növbəti xəbərdarlıq yayıb.


Açıqlamada bildirilir ki, Ermənistanın Azərbaycanda terror-təxribat aktları törətməsi istisna deyil.


Xəbərdarlıqda Ermənistan terrorçu dövlət olduğu bildirilir:


"Düşmən ölkənin böyük şəhərlərimizdə, insanların sıx toplaşdıqları yerlərdə, ictimai nəqliyyatda terror-təxribat aktları törətməsi istisna deyil. Odur ki, ehtiyatı əldən verməməli, daim​ ayıq-sayıq olmalıyıq".

***


11.31.


Sentyabrın 27-dən hazırkı vaxtadək Ermənistanın Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 69 mülki şəxs həlak olub, 322 nəfər yaralanıb.


Məlumatı Azərbaycan Baş Prokurorluğu yayıb.


Eyni zamanda, göstərilən müddətdə 415 mülki obyektin, 92 hündürmərtəbəli yaşayış binasının və 2338 yaşayış evinin yarasız hala düşdüyü qeyd olunub.

***


Nazirlik döyüş bölgəsindən kənar ərazilərin də atəşə tutulduğunu deyir

Ermənistan silahlı qüvvələri Berd, Çəmbərək, Vardenis və Gorus rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy, Daşkəsən və Qubadlı rayonlarının ərazilərini atəşə tutublar.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, Ermənistan silahlı qüvvələri oktyabrın 28-də gecə və səhər müxtəlif vaxtlarda Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən yaşayış məntəqələrini və hərbi bölmələrin mövqelərini atıcı silahlardan atəşə tutub.

Eyni zamanda, Ağcabədi və Tərtər rayonlarının da atəşə tutulduğu bildirilib.

Ana səhifəSiyasətDaxili İşlər Nazirliyi terror-təxribatla bağlı növbəti xəbərdarlıq yayıb (yenilənir)