MN: Azərbaycan Ordusunun zabiti yaralanıb

Nazirlik bildirib ki, nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Bədəlli Ramal Bəhlul oğlu ayağından yaralanıb

Foto: Müdafiə Nazirliyi


Ermənistan tərəf Azərbaycanı günahlandırıb

İyulun 19-u saat 23:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutduğu bildirilir.

Məlumatı Azərbaycan Müdafiə Nazirliyi

yayıb

.

Nazirlik bildirib ki, nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Bədəlli Ramal Bəhlul oğlu ayağından yaralanıb:

“Yaralıya ilkin tibbi yardım göstərilib və o, tibb müəssisəsinə təxliyə olunub. Cavab atəşi ilə qarşı tərəf susdurulub. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”.

Ermənistan Müdafiə Nazirliyi məlumatı təsdiqləyib, ancaq atəşkəsin Azərbaycan tərəfdən pozulduğunu qeyd

edib

.

Arazdəyən icmasının rəhbərinin yaralandığı bildirilir.

Ana səhifəSiyasətMN: Azərbaycan Ordusunun zabiti yaralanıb