Mixail Saakaşviliyə qarşı cinayət işi qaldırılıb

Keçmiş prezidentə qarşı üç ittiham irəli sürülüb

Source:


Keçmiş prezidentə qarşı üç ittiham irəli sürülüb

İyulun 27-də Gürcüstan prokurorluğu sabiq prezident Mixail Saakaşvili barəsində cinayət işi qaldırıb.

Keçmiş dövlət başçısı 2007-ci il noyabrın 7-də dinc aksiyanın qeyri-qanuni dağıdılmasında, “İmedi” teleşirkətinin mənimsənilməsində və biznesmen Badri Patarkatsişvilinin əmlakının qeyri-qanuni mənimsənilməsində ittiham olunur.

Prokurorluq hesab edir ki, M.Saakaşvili hər üç ittiham üzrə sabiq daxili işlər naziri Vano Merabişvili, keçmiş müdafiə naziri David Kezeraşvili, Tbilisinin sabiq meri Qiqi Uqulava, Baço və Dato Axalaya qardaşları və həmin dövrdəki digər məmurlarla birgə cavab verməlidir.

Prokurorluq M.Saakaşvilini bu üç cinayətin həyata keçməsi üçün bilavasitə əmr verməkdə ittiham edir.

Qaldırılan ittihamlar üzrə onun günahı sübuta yetirilsə, sabiq dövlət başçısını 5 ildən 8 ilədək həbsxana həyatı gözləyir.

M.Saakaşvili istintaqa gəlməkdən bir neçə dəfə boyun qaçırıb.

Trend

Ana səhifəXəbərlərMixail Saakaşviliyə qarşı cinayət işi qaldırılıb