Mixail Saakaşvilinin saxlanıldığı bildirilir (CANLI)

Məlumatı Ukraynanın Baş prokuroru yayıb

Source:
Saakaşvili, 5 dekabr 2017-ci ildə saxlanıldıqdan sonra azad olunub. Arxiv foto
Saakaşvili, 5 dekabr 2017-ci ildə saxlanıldıqdan sonra azad olunub. Arxiv foto


Məlumatı Ukraynanın Baş prokuroru yayıb

Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin qubernatoru olmuş Mixail Saakaşvilinin Kiyevdə saxlanıldığı bildirilir.

BBC-nin Rusiya xidmətinin yaydığı məlumata görə, bu barədə Ukraynanın Baş prokuroru Yuri Lutsenko öz “Facebook” səhifəsində məlumat

yayıb

.

Saakaşvilinin silahdaşı kimi tanınan David Sakvarelidze də “Facebook” səhifəsində bu barədə xəbər verib:

“Mixaili tutdular! Təhlükəsizlik Xidmətinə aparırlar”.

“Yeni Qüvvələr Hərəkatı”nın mətbuat katibi Maryana Poçtar da faktı təsdiqləyib.

Ukrayna qanunvericiliyinə görə, həbs-qətimkan tədbiri 3 gün müddətinə seçilməlidir. Saakaşvilinin rəsmi səhifəsində tərəfdarlarına müraciət edilib. Onların Ukrayna Təhlükəsizlik Xidmətinin Kiyev şəhərində, Askoldov dalanında yerləşən ofisin qarşısına toplanmaları istənilib.

M.Saakaşvili dekabrın 5-də də saxlanmışdı. Lakin tərəfdarları avtomobilin qapılarını sındıraraq, onu hüquq-mühafizə orqanlarının əlindən ala bilmişdilər. Bundan sonra Saakaşvilinin tərəfdarları meydanda çadır quraraq Ukrayna prezidenti Petro Poroşenkonun istefasını tələb edirdi.

Saakaşvili özü iddia edir ki, prezident Petro Poroşenkoya Rusiya lideri Vladimir Putinin göstərişi əsasında onu oğurlamaq

istəyir

.

Lenta.ru yazır ki, Mixail Saakaşvilinin keçirdiyi etiraz aksiyalarının maliyyə dəstəyini guya Ukraynanın keçmiş prezident Viktor Yanukoviç verir.

Mixail Saakaşvili 2004-2013-cü illərdə Gürcüstan prezidenti olub. Sonradan Ukrayna prezidenti Petro Poroşenkonun dəvəti ilə 2015-2016-cı illərdə Odessa vilayətinin qubernatoru vəzifəsində çalışıb. 2016-cı ildə vəzifəsindən istefa verərək Ukrayna prezidentinə qarşı müxalifətə keçib.

Ana səhifəXəbərlərMixail Saakaşvilinin saxlanıldığı bildirilir (CANLI)