Mixail Saakaşvili tərəfdarları ”İmpiçment marşı” aksiyası keçirib

Saakaşvili aksiyaçıları zorakılıqdan çəkinməyə çağırıb

Source:


Saakaşvili aksiyaçıları zorakılıqdan çəkinməyə çağırıb

Dekabrın 17-də Gürcüstanın sabiq prezidenti, “Yeni qüvvələr hərəkatı” Partiyasının lideri Mixail Saakaşvilinin tərəfdarları Ukraynanın paytaxtı Kiyev şəhərində yürüş ediblər. Aksiyada Saakaşvilinin özü ilə yanaşı həyat yoldaşı və oğlu da iştirak edib.

“Ria-Novosti”nin məlumatına

görə

, Saakaşvilinin tərəfdarları Milli Qvardiyanın hərbçilərinin müqavimətini qırıb, Oktyabr sarayının giriş qapısını sındıraraq saraya daxil olublar. Milli Qvardiya əməkdaşları aksiyaçılara yanğınsöndürmə vasitələri ilə müdaxilə etmək istəsələr də, bu, nəticəsiz qalıb.

M.Saakaşvili “İmpiçment marşı” aksiyasının iştirakçılarını Ali Radaya doğru yürüş etməyə çağırıb.

Bu barədə məlumat yayan “union.net”

bildirir ki

, Mixail Saakaşvili tərəfdarlarını təxribatlara uymamağa səsləyib:

“Zorakılıq bizim yolumuz deyil. Mən qələbə naminə hər şeyimi verməyə hazıram. Pul verməyə hazıram, pulum yoxdur, amma azadlığımı və həyatımı verməyə hazıram. Mən başqalarının həyatını, uşaqların həyatını qurban verməyə hazır deyiləm, öz qanımı verə bilərəm. Poroşenko bəlkə qan istəyir, oliqarxlar qan istəyir. Biz qan axıdılmasına imkan verməyəcəyik”.

Mixail Saakaşvili insanların zorakılıqdan zərər görməməsi üçün tərəfdarlarını Oktyabr Sarayını tərk etməyə çağırıb:

“Biz indi Ali Radaya gedəcəyik, bu, simvoldur”. Bu anda mitinq iştirakçılarından “Radanın pəncərələrini sındıraq” replikası səslənib. Amma partiya lideri cavab verib ki, onların yolu dağıtmaq və sındırmaq deyil:

“Çoxlu sayda insan olduğu təqdirdə biz ora dinc şəkildə daxil olacağıq. Təəssüf ki, Oktyabr Sarayının qapısını sındırıblar. Qapıları və pəncərələri sındırmağın heç mənası yoxdur. Biz sakit  və təmkinli olmalıyıq. Onlar mənim gürcü temperamentimi vurğulayırlar, amma mənim zorakılığa yol verməmək üçün müdrikliyim də çatır”. Mitinq iştirakçıları Ali Radanın yaxınlığındakı Konstitusiya meydanına toplaşaraq impiçment haqqında qanunun qəbulunu tələb ediblər. Şüarlar arasında “İstefa” və “Banditlərə rədd ol” üstünlük təşkil edib.

Mixail Saakaşvili 2004-2013-cü illərdə Gürcüstan prezidenti olub. Sonradan Ukrayna prezidenti Petro Poroşenkonun dəvəti ilə 2015-2016-cı illərdə Odessa vilayətinin qubernatoru vəzifəsində çalışıb. 2016-cı ildə vəzifəsindən istefa verərək Ukrayna prezidentinə qarşı müxalifətə keçib.

Ana səhifəXəbərlərMixail Saakaşvili tərəfdarları ”İmpiçment marşı” aksiyası keçirib