BŞBPİ: Milli Şuranın mitinqindən sonra bəzi iştirakçılar asayişi pozmağa cəhd edib, saxlanılanlar var
Bakı şəhər Baş Polis İdarəsi rəsmi açıqlama ilə çıxış edib: Lakın tədbirdən sonra bəzi iştirakçılar asayişi pozmağa cəhd edib, xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq hüquqazidd hərəkətlərə yol veriblər.
***
Jurnalistlərlə bərabər xeyli sayda mitinq iştirakçısı polis tərəfindən saxlanılıb.
Mitinqdə saxlanılanlar Yasamal Rayon 28-ci polis bölməsinə aparılır.
———————————————————————————————————-
Sentyabrın 17-də saat 17:00 radələrində Milli Şuranın “Məhsul” meydanında keçirdiyi mitinq başa çatandan sonra polislə mitinq iştirakçıları arasında qarşıdurma yaranıb.
Nəticədə 30-a qədər şəxs saxlanılıb. Saxlanılanlar arasında Azadlıq Radiosunun əməkdaşları İslam Şıxəli, Orxan Rüstəmzadə, “Turan” agentliyinin əməkdaşı Fərid Arifoğlu da var.
Polis partiya fəallarını da saxlayıb. Müsavat Gənclər təşkilatının üzvü Ayxan Hacıbəyli də polis tərəfindən saxlanılıb.
Polislər blogger Meyman Hüseynova da hücum edib, zərbələr endiriblər. Amma o sərbəst buraxılıb.