Təqsirləndirilən: ”Protokolda yazılanlar yalandır”
Oktyabrın 19-da Şirvan Apelyasiya Məhkəməsində AXCP üzvləri Əlifağa Abdullayev və Eldəniz Səmədovun inzibati qaydada həbs olunmaları barədə məhkəmə qərarından verilən şikayətə baxılıb.
Bu barədə Meydan TV-yə məlumat verən vəkil Yalçın İmanov deyib ki, Əlifağa Abdullayevin şikayətinə hakim Etibar Camalovun, Eldəniz Səmədovun şikayətinə isə Rafiq Cəlilovun sədrliyi ilə baxılıb. Məhkəmə heç bir şikayəti təmin etməyib.
Hər iki şəxs Şirvanda həbs edilib. Onlar İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin maddəsilə günahlandırılıb. Şirvan Şəhər Məhkəməsinin qərarı ilə E.Səmədova 15, Ə.Abdullayevə isə 10 sutka inzibati həbs cəzası verilib. Amma adları çəkilən şəxslər məhkəmədə dindirilərkən özlərini təqsirli bilməyiblər, deyiblər ki, protokolda yazılanlar yalandır, onlar nə inzibati xətaya yol veriblər, nə də polisə tabesizlik göstəriblər.
Hər iki şəxs Milli Şuranın 7 oktyabrda keçirdiyi mitinqdə iştirak edib. Onlar “Facebook” sosial şəbəkəsində mitinqdə iştiraklarını nümayiş etdirən fotolar paylaşıblar. Bundan sonra həbs olunublar.