Gənc fəallar hələ də polis bölmələrindədir
Milli Şuranın 17 sentyabrda baş tutan “Monarxiyaya YOX!” mitinqindən sonra saxlanılan şəxslərdən əksəriyyəti azadlığa buraxılsa da, hələ də 15-ə yaxın gənc iki gündür polis bölmələrində saxlanılır.
Onların 19 sentyabrda məhkəməyə çıxarılacağı bildirilsə də, yaxınlarına polisdən dəqiq məlumat verilmir.
Gənc fəal Turan İbrahim deyir ki, gənclərə yemək apararkən onların gecə bölmədə saxlanılacağını öyrənib: “Səhər tezdən 9-11 arası məhkəməyə aparılacaqlar. Hazırda burda 5 cəbhəçi var – Toğrul İbrahim, Ruslan Qarayev, Elton Əli, Nuru Quluzadə və Emin Manıyev. Bu gün onları Yasamal rayon Məhkəməsinə apardılar, 5 dəqiqə sonra çıxardılar”.