Mitinq iştirakçısı icra başçısı tərəfindən döyüldüyünü deyir

”Hər hansı döyülmə, söyülmədən söhbət gedə bilməz”

Source:
Gənclər Komitəsinin üzvü Ruslan Nəsirli
Gənclər Komitəsinin üzvü Ruslan Nəsirli
Gənclər Komitəsinin üzvü Ruslan Nəsirli
Gənclər Komitəsinin üzvü Ruslan Nəsirli


”Hər hansı döyülmə, söyülmədən söhbət gedə bilməz”

“Sentyabrın 11-i və 17-i mitinqində iştirak etdiyimizə görə ailəmizə təzyiqlər edilir”, – Azərbaycan Xalq Cəbhəsi Partiyasının Gənclər Komitəsinin üzvü Ruslan Nəsirli belə deyir.

O, bildirir ki, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siracəddin Cabbarov atasını döyüb, təhqir edib:

“İlham Əliyevin öz simaları olan icra başçıları hər rayonda mitinqdə iştirak edənlərə alçaqcasına təzyiq edirlər. İki gündür ki, icranın nümayəndəsi atamın iş yerinə gələrək, ondan mitinqdə iştirakının səbəbini soruşub. Atam bunun onlara aidiyyatı olmadığını söyləyib və həmin adamı iş yerindən uzaqlaşdırıb. Bu gün isə atamı iş yerindən polis gücünə icra hakimi Siracəddin Cabbarovun kabinetinə aparıblar. İcra başçısı atamı küçə söyüşləri ilə təhqir edib. Atam cavab qaytardığı üçün polis rəisi ilə birgə onu döyüblər”.

Ruslan Nəsirli bununla bağlı aidiyyatı qurumların tədbir görməsini, təqsirkarların cəzalandırılmasını istəyir.

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siracəddin Cabbarov
Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siracəddin Cabbarov

Meydan TV məsələyə münasibət öyrənmək üçün Saatlı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra başçısının köməkçisi Zaur Əsədov məlumatın yalnış olduğunu bildirib:

“İcra hakimiyyəti mitinqdə iştirakına görə hələ indiyədək kimsəyə təzyiq göstərməyib. Həmin şəxs də sizə səhv məlumat verib. Hər hansı döyülmə, söyülmədən söhbət gedə bilməz”.

Ana səhifəXəbərlərMitinq iştirakçısı icra başçısı tərəfindən döyüldüyünü deyir