Misirdə qaçırılan təyyarənin sərnişinləri azad edilib (yenilənib)

Təyyarəni qaçıran misirli İbrahim Samaha kiprli sevgilisinə 4 səhifəlik məktubu çatdırmaq üçün bu addımı atdığını deyib

Source:


Təyyarəni qaçıran misirli İbrahim Samaha kiprli sevgilisinə 4 səhifəlik məktubu çatdırmaq üçün bu addımı atdığını deyib

 Misirə məxsus sərnişin təyyarəsini qaçıran şəxsin kimliyi məlum olub.

Bu, Səif əl-Din Mustafadır. S. Mustafa da alimdir. O, Qahirə Universitetinin tarix professorudur. Bildirilir ki, S. Mustafan Misirdə həbsdə olan bir neçə qadın məhbusun azad edilməsini tələb edib. Kiprin RİK telekanalının verdiyi məlumata görə, təyyarəni qaçıran şəxs Misir hökumətinə müxalifətdədir.

—————————————————————————

Hadisə ilə bağlı bəyanat verən Kipr prezidenti Nikos Anastasiadis bütün bunların qadına görə baş verdiyini bildirib. O qeyd edib ki, təyyarənin qaçırılması terror aktı deyil.


Misir Xarici İşlər Nazirliyinin bəyanatında isə bunlar deyilir: “O (İbrahim Samaha-red.) terrorçu deyil, axmaqdır. Bu adamdan fərqli olaraq terrorçular dəli olsalar da, kütbeyin deyillər”.

——————————————————————————-


Misir təyyarəsini qaçıran Kiprdə siyasi sığınacaq istəyib. Onun digər tələbləri barədə hələ məlumat yoxdur.


——————————————————————————–

Martın 29-da Misirin ”EgyptAir” aviaşirkətinin təyyarəsi naməlum şəxslər tərəfindən qaçırılıb. Havaya qalxan kimi təyyarədəki bir nəfər partlayıcı kəməri taxdığını elan edib.

Qaçırılan Misir təyyarəsinin ekipaj üzvləri və 4 sərnişindən başqa digər sərnişinləri azad olunub. Təyyarədə 8 Böyük Britaniya, 10 ABŞ vətəndaşı olub.

APA-nın məlumatına görə, bu barədə “Egypt Air” şirkətinin “Tvitter” hesabında yerləşdirilən xəbərdə deyilir.

Son məlumatlara əsasən, təyyarəni qaçıran misirli İbrahim Samaha kiprli sevgilisinə 4 səhifəlik məktubu çatdırmaq üçün bu addımı atdığını deyib (


APA, Trend.az


).

Ana səhifəXəbərlərMisirdə qaçırılan təyyarənin sərnişinləri azad edilib (yenilənib)