Mişel yenə Əliyevlə Paşinyanı görüşdürəcək

Brüssel, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycanın Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan, Foto: Azərtac

Ölkə rəhbərlərinin Brüsselə səfəri gözlənilir

Avqustun 31-də Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyan, Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında üçtərəfli görüşün keçirilməsi planlaşdırılır.

Bu barədə “Armenpress”ə Ermənistan Baş nazirinin aparatının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Azərbaycanın rəsmi qurumları hələ ki hər hansı təsdiqləyici açıqlama verməyiblər.

Tərəflər sonuncu dəfə mayın 22-də görüşüblər.

Görüşdən bir gün sonra Şarl Mişel keçirdiyi mətbuat konfransında deyib ki, müzakirələr zamanı bütün məsələləri nəzərdən keçiriblər.

Elə həmin konfransda Şarl Mişel iyul-avqust aylarına qədər eyni formatda yenidən görüşəcəklərini də bildirmişdi.

22 may təması Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin tərəflərlə bu formatda üçüncü görüşü idi.

Ana səhifəSiyasətMişel yenə Əliyevlə Paşinyanı görüşdürəcək