Baş Prokurorluq

Mənbə: Foto: arxiv

Başlıq: Baş Prokurorluq

MİS rəisi həbs edilib

Prokurorluq məlumatı Ombudsmandan aldığını bildirir

Nizami rayon 117 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi İsmayıl Mansurov həbs edilib. Səbəb səlahiyyəti olmadığı halda, vətəndaşın evində əlavə tikilinin inşası ilə bağlı sənədləşməsini rəsmiləşdirmək vədi verməsi olub. Onun buna görə vətəndaşdan 10 500 manat aldığı bildirilir.

Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatında belə deyilir. Bildirilir ki, bu barədə məlumatı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilindən (Ombudsman) alıblar. Həmin məlumatda vəzifəli şəxslər tərəfindən yol verilən qanun pozuntularına dair materiallar olub.

İş Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluq) və 178.2.4-cü (xeyli miqdarda dələduzluq) maddələri ilə cinayət işi başlanılıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ir0s1q

Ən çox baxılan