Mirvari Qəhrəmanlı: İki bar verən ağac kökündən çıxarılıb

“Söz verdilər ki, tikintini aparan icra hakimiyyəti qanunla cəzalandırılacaq”

Source: Specify Source


Qurumlar məsələ ilə bağlı nə iş gördüklərini açıqlamayıblar

Bakının Nizami rayonunda yerləşən Azər Manafov küçəsi 3-də 2 ağac məhv edilib. Bu barədə Meydan TV-yə hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı məlumat verib. M.Qəhrəmanlı bildirib ki, ağaclar kökündən çıxarılıb:

«Biri tut, digəri əncir ağacı idi. Hər iki ağac bar verirdi. Ərazidə uzun müddətdir təmir və bərpa işlərinə başlanılıb və guya ki, ağaclar təsadüfən texnika işləyərkən zərər görüb. Halbuki, hər iki ağac kökündən çıxarılıb. Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdim, gəlib baxdılar. Söz verdilər ki, tikintini aparan icra hakimiyyəti qanunla cəzalandırılacaq. Amma ağacların yerinə başqasının əkilib-əkilməyəcəyi bəlli deyil”.

218679204_2555113214634478_7038783418381633344_n.jpg
“Biri tut, digəri əncir ağacı idi”

Nizami Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildiriblər ki, onlara Ekologiya və Təbii Sərvətlər Nazirliyindən hər hansısa bir məktub daxil olmayıb. Bununla belə, onların əməkdaşları tərəfindən qanunsuz ağackəsmə faktı aşkarlanıbsa, tədbir görüləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə sualları cavablandırmaq üçün sorğu göndərməyi məsləhət görüblər. Göndərilən sorğuya hələlik cavab verilməyib.

218628151_2555116581300808_5599091003050257914_n.jpg
“Hər iki ağac kökündən çıxarılıb”

Nazirlər Kabinetinin təsdiqlədiyi "Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası"na əsasən, yaşıllıqların ləğv edilməsinə, ağacların qırılmasına görə cərimələr xeyli artırılıb, qaydalar sərtləşdirilib. Qaydaları pozmağa görə fiziki, vəzifəli və hüquqi şəxslər Mülki Məcəlləyə, İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Bu hallarda həmin şəxslər maddi məsuliyyətə cəlb olunurlar.

218861919_2555113347967798_3093604223720991825_n.jpg
“Söz verdilər ki, tikintini aparan icra hakimiyyəti qanunla cəzalandırılacaq”
218628119_2555113127967820_7863461267509538422_n.jpg
“Ağacların yerinə başqasının əkilib-əkilməyəcəyi bəlli deyil”
Ana səhifəSosialMirvari Qəhrəmanlı: İki bar verən ağac kökündən çıxarılıb