
Mənbə: Foto: Meydan TV
Başlıq: Afət Telmanqızı, Ləman Əliəşrəfqızı və İlqar Mikayıloğlu
Mirşahin Ağayev üç əməkdaşı işdən çıxarıb
Ləman Əliəşrəfqızı, Afət Telmanqızı və İlqar Mikayıloğlu seçkilərdə qanun pozuntularına etiraz ediblər
Real TV-nin prezidenti Mirşahin Ağayev Ləman Əliəşrəfqızını, Afət Telmanqızını və İlqar Mikayıloğlunu işdən çıxarıb.
Buna səbəb kimi, onların 9 fevral növbədənkənar parlament seçkilərindəki qanun pozuntularına etiraz etmələri bildirilir.
Məlumatı Meydan TV-yə Afət Telmanqızı təsdiqləyib.
“Biz sosial şəbəkədə seçki saxtakarlığına etiraz etdiyimiz üçün işdən çıxarılmışıq. Qarşımızda şərt qoyuldu. Sosial şəbəkədə yazdıqlarımızı silməli, ya da işdən çıxmalıydıq. Biz də işdən çıxmağı seçdik. Təhdidlə şərt qoymuşdular. Biz isə yazdıqlarımızı silməməyi üstün tutduq. Biz dövlətə qarşı hansısa pis iş tutmamışıq. Sadəcə seçkidə baş verən qanun pozuntuları ilə bağlı faktları ictimailəşdirmişik. Mən və Ləman xanım 9 fevral seçkilərinə namizəd kimi qatılmışdıq. İlqar Mikayıloğlunun isə xanımı namizəd idi. İndi necə ola bilər ki, orada baş verən qanun pozuntuları barədə danışmayaq? Bu həm də jurnalist kimi bizim borcumuzdur”,- Afət Telmanqızı deyib.
Afət Telmanqızı jurnalist fəaliyyətini davam etdirəcəyini bildirib.
Afət Telmanqızı 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən seçki yarışına qatılmışdı. MSK 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən YAP-çı İmamverdi İsmayılovu qalib elan edib.
Ləman Ələşrəfqızı isə 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüşdü. Bu dairədən 2015-ci ildə olduğu kimi Azərbaycan Müəllimlər İnstitutunun keçmiş rektoru Aqiyə Naxçıvanlı qalib elan olunub.
İlqar Mikayıloğlunun isə həyat yoldaşı Zülfiyyə Yaqub qızı Bayramova 81 saylı Beyləqan Seçki Dairəsindən namizədliyini irəli sürmüşdü. MSK bu dairədən Şahin İsmayılovu qalib elan edib.
Qeyd olunanlarla bağlı Real TV-nin prezidenti Mirşahin Ağayevdən münasibət öyrənmək cəhdimiz alınmadı.
Buradaykən …
Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.
Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.
BIZƏ DƏSTƏK OLUNƏn çox baxılan
-
Martın 3-də Azərbaycan Xalq Hərəkatının (AXH) rəhbər üzvlərini Masallı rayonunun girişində saxlayıblar
3 Mart 2019 -
Şahid səsyazısında başına gələnləri etiraf edib
27 Fevral 2019 -
Xalidə Bayramova uşağı danışdıraraq dediklərini görüntüləməyə çalışıb
11 Aprel 2019 -
"Bunun adı repressiyadır"
28 Fevral 2019