Mirşahin Ağayev: Azərbaycan prezidenti ANS-i heç vaxt güdaza verməz

”Artıq Türkiyənin də bu məsələni araşdırması nəticəsində bəzi informasiyalar yaranıb”

Source:


”Artıq Türkiyənin də bu məsələni araşdırması nəticəsində bəzi informasiyalar yaranıb”


Sentyabrın 15-də Ali Məhkəmədə ANS telekanalının lisenziyasına xitam verilməsi barədə qərardan verdiyi kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Meydan TV-nin məlumatına görə, hakim Sevda Hüseynovanın sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, vəkil Fuad Ağayev də ANS-in müdafiəsinə qoşulub. İclasda çıxış edən F.Ağayev bildirib ki, işə bu gündən qoşulduğundan iş materialları ilə tanış deyil. O, materiallarla tanış olmaq üçün məhkəmədən vaxt verilməsini istəyib və bununla bağlı vəsatət qaldırıb.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) nümayəndəsi Toğrul Məmmədov isə vəsatətin təmin olunmamasını istəyib. Bildirib ki, vəsatət iclasın süni şəkildə uzadılmasına xidmət edir. Lakin hakim vəsatəti təmin edərək prosesi qeyri-müəyyən vaxta qədər təxirə salıb.

İclasdan sonra jurnalistlərə açıqlama verən “ANS” telekanalının vitse-prezidenti Mirşahin Ağayev deyib ki, onlar məhkəmədən haqq, ədalət gözləyirlər: “Ümid edirik ki, Azərbaycan məhkəməsi qanunların və hüququn mücəssiməsi kimi öz sözünü deyəcək. Biz də şirkət, vətəndaş olaraq, bundan ancaq udacağıq. Buna çox böyük ümid bəsləyirəm. Son hadisələr də göstərir ki, gedən proseslər ümidsiz olmağa əsas vermir. İnanıram ki, ANS məsələsi sıradan məsələ deyil. Bu, Azərbaycanın rəmz, müstəqilliyimizin simvolu, 25 illik tarixi olan qurumun və demokratiyanın 25 illiyi məsələsidi. Bunun sıradan məsələ olmadığını həm də ANS-in yaşadığı tarix, keçdiyimiz keşməkeşli yollar, iştirak elədiyimiz proseslər sübut eləyir. Buna inanıram ki, Azərbaycan prezidenti ANS-i heç vaxt güdaza verməz. Bizə belə danışmağa əsas verən başqa bir səbəb də var. Artıq Türkiyənin də bu məsələni araşdırması nəticəsində bəzi informasiyalar yaranıb. Bu informasiyalardan birini bu yaxınlarda Türkiyədə hakimiyyətə yaxın mənbələrdən biri olan “Star” qəzetində oxuduq. Mətbu orqan özü də açıq tekstlə bildirir ki, ANS-in “FETO-METO” məsələlərində heç bir günahı yoxdu. Düşünürəm ki, bu məsələlərin araşdırılması üçün çox gözəl siqnaldı. Arif adamlar, ağıllı qurumlar bundan yaxşı istifadə eləməlidilər”.

İyulun 29-da Bakı Apellyasiya Məhkəməsi «ANS Müstəqil Yayım və Media» Şirkətinə 2013-cü il oktyabrın 25-də verilmiş lisenziyanı ləğv edib. Bununla bağlı MTRŞ məhkəməyə müraciət edib. MTRŞ müraciətini iyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdindən sonra ANS-in efirində terrorizmə dəstək xarakterli materialların yayımlanmasıyla əsaslandırıb.

Ana səhifəXəbərlərMirşahin Ağayev: Azərbaycan prezidenti ANS-i heç vaxt güdaza verməz