“Minsk Qrupunun formatının dəyişməsi Azərbaycana da sərfəli deyil”

“Çünki İran və Rusiya Türkiyənin regionda ciddi rol almasında maraqlı deyil”.

Source: google.az


Filip Riker: “Ermənistan və Azərbaycana yardım üçün yaradılmış Minsk Qrupu həll yolu tapmaq üçün ən yaxşı imkandır”

Bu həftənin sonunda ABŞ-ın Dağlıq Qarabağ münaqişəsi üzrə baş nümayəndəsi Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk Qrupunun rolunu müzakirə etmək üçün Bakıya və Yerevana səfər edəcək.

Məlumatı “Turan” İA yayıb.

Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Riker dekabrın 8-də Helsinki Komissiyasında bildirib ki, amerikalı həmsədr Endryu Şofer hazırda Cenevrədə səfərdədir:

“O öz rollarına necə qayıda biləcəklərini görmək və diplomatik həllə nail olmaq və irəliləyiş əldə etməyə çalışmaq üçün digər həmsədrlərlə birlikdə Azərbaycana və Ermənistana səfər edəcək. Vaşinqton Dağlıq Qarabağdakı vəziyyəti “diqqətlə izləməyə” davam edəcək”.

Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi bildirib ki, Vaşinqton Avropada – Ukraynada, Moldovada və Gürcüstandakı uzun münaqişələri, həmçinin Dağlıq Qarabağ münaqişəsini ATƏT-in diqqət mərkəzində saxlayacaq:

“Biz Dağlıq Qarabağ münaqişəsinin ədalətli və möhkəm həllinin axtarışı üçün Minsk Qrupunun həmsədrlərindən istifadə etməyə davam edəcəyik. Hərbi əməliyyatların dayandırılması yalnız ilk addımdır. İstənilən möhkəm həll Helsinki Yekun Aktında yer alan prinsiplərə əsaslanmalıdır. Bu və digər məsələlərlə bağlı irəliləyiş əldə etsək də, dərin fikir ayrılıqları, xüsusən Azərbaycan, Ermənistan və əksər ölkələr arasındakı fikir ayrılıqları daha konkret və ciddi nailiyyətlər üçün maneə olaraq qalmaqda davam edir”.

Filip Riker ABŞ-ın hərbi əməliyyatların dayandırılmasını alqışladığını, ancaq insanların, o cümlədən dinc sakinlərin ölümünə görə "dərin təəssüf hissi keçirir" deyə söyləyib:

“Bu həyatlar qayıtmayacaq”.

380276.jpg
Filip Riker

Filip Riker hesab edir ki, Ermənistan və Azərbaycana yardım üçün yaradılmış Minsk Qrupu həll yolu tapmaq üçün ən yaxşı imkandır.

"Biz əvvəlki kimi hesab edirik ki, burada uzunmüddətli hərbi həll yoxdur", – deyən Riker izah edib ki, illər əvvəl Ermənistanın döyüş meydanında qələbəsi münaqişənin başa çatmasına gətirib çıxarmayıb və Minsk Qrupu "tarazlığı diplomatiya vasitəsilə qoruyub saxlamağa çalışıb". İndi bu yaxınlarda baş vermiş döyüş əməliyyatlarının nəticələrini nəzərə alaraq, razılaşmaları danışıqlar masası arxasında həmsədrlərin köməyi ilə möhkəmləndirmək lazımdır", – deyə cənab Riker bildirib.

O, Vaşinqtonun həmçinin Moskva və Parislə işləydiyini xatırladıb:

“Bizim Rusiyanın tətbiq etdiyi atəşkəslə, habelə Türkiyənin rolu ilə bağlı çox sayda sualımız var”.

Filip Rikerin söylədikləri 10 noyabrdan sonra Minsk Qrupunun formatının dəyişilməsi haqda deyilənlər baxımından suallar doğurur.

Siyasu şərhçi Rauf Mirqədirov Meydan TV-yə bildirib ki, status-kvo dəyişdiyindən Minsk Qrupu formatına da ehtiyacın olmaması fikri bir sıra dövlətlərin mənafələrinə cavab versə də, Azərbaycanın maraqlarına uyğun deyil:

85290.jpg
Rauf Mirqədirov

“Rusiya və Türkiyəyə formatın dəyişməsi sərf edir, çünki hər iki ölkənin həmsədr ölkələrdən bəziləri ilə münasibətləri yaxşı deyil. Amma Türkiyə Cənubi Qafqazda ciddi rol oynamaq istəyirsə, mütləq ABŞ başda olmaqla qərbin dəstəyini almalıdır. Çünki İran və Rusiya Türkiyənin regionda ciddi rol almasında maraqlı deyil. Azərbaycana formatın dəyişməsi ona görə sərfəli deyil ki, əvvəla, həmsədrlərin tərkibin dəyişilməsi o qədər də asan sayılmamalıdır. İndiki format 90-cı illərin ortalarında yarandı, Rusiya regionda aparıcı, ABŞ isə super dövlət idi, ona görə həmsədr oldular. Üçüncü dövlətin kimin olması isə mübahisələr yaradırdı, Azərbaycanla Ermənistan razılığa gələ bilmirdilər. O vaxtlar da Fransada erməni lobbisinin güclü olmasını əsas götürüb Parisin ermənipərəst olacağı bildirilirdi. Fransanın ermənipərəst mövqedə olması iki səbəblə bağlıdır. Birinci, erməni lobbisinin güclü olması, ikinci isə Ankara-Paris münasibətlərinin rəqabət üzərində qurulmasındandır. Bu ölkələr Şimali Afrikada və başqa bölgələrdə rəqabətdə olublar. O zaman sabiq dövlət başçısı Heydər Əliyev ictimaiyyətə məlum olmayan səbəblərdən Fransanın həmsədr olmasına razılaşdı. Bu mənada həmsədrin dəyişməsi proseduru çox vaxt aparır. Əgər Azərbaycan məsələni qaldırıb Almaniyanı, yaxud Böyük Britaniyanı həmsədr kimi təklif etsə, Ermənistan razılaşmayacaq, bununla da yenidən zaman itkisi yaranacaq, həmsədr institutu isə iflic olacaq. Rusiya da həmsədrlər institutunun iflic olmasında ona görə maraqlıdır ki, belə vəziyyət yaransa, şimal dövlət yeganə həmsədr olacaq, münaqişəni inhisara alacaq. Qoşunları da bölgədədir, belə olanda təzyiq göstərmək imkanı daha da artacaq. Həmçinin Ermənistanın da, Azərbaycanın da Minsk Qrupunun tamamilə dağılmasını istəmir. Hətta hər iki dövlət başqa ölkələrin sülhməramlılarının regiona gəlməsini istəyir”.

Ana səhifəSiyasət“Minsk Qrupunun formatının dəyişməsi Azərbaycana da sərfəli deyil”